Məhkəmə qərarları › İş №e-2(018)-1349/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1349/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1349/2023 16.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddia verərək, Cavabdeh 196 (bir yüz doxsan altı) manat borc məbləği, 20 (iyirmi) manat cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 246 (iki yüz qırx altı) manat tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış R0032505 saylı 23 fevral 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 604 (altı yüz dörd) manat olan Samsung A325 64 DS (İmei kodu **********19003) markalı əşyanı 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat olmaqla, hər ay 34 (otuz dörd) manat ödəmək şərti ilə öhtəsinə götürmüşdür. Cavabdeh həmin nisyə alqı-satqı müqaviləsinə uyğun olaraq öz üzərinə məsuliyyət götürsə də, alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş, 408 (dörd yüz səkkiz) manat ödəniş etmiş və nəticədə onun 196 (bir yüz doxsan altı) manat əsas, 20 (iyirmi) manat faiz borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin qismən olunmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 fevral 2022-ci il tarixli, R0032505 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat olmaqla, hər ay 34 (otuz dörd) manat ödəmək şərti ilə dəyəri 604 (altı yüz dörd) manat dəyərində Samsung A325 64 DS (İmei kodu **********19003) markalı əşyanı İddiaçı MMC-dən almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 23 fevral 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 196 (bir yüz doxsan altı) manat əsas borc, 20 (iyirmi) manat cərimə borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcu 23 fevral 2022-ci il tarixli, R0032505 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borclu olduğu barədə bildirilmiş və üç gün müddətində borcun ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi 20 (iyirmi) manat məbləğində dəbbə silinərək 0.00 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 196 (bir yüz doxsan altı) manat əsas borc, 0.00 (sıfır) manat cərimə borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar