Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1349/2025 25.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X2, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********70339 OPPO A3 markalı telefon, İMEİ KODU **********94313 OPPO A3 markalı telefon, 2 ədəd PAKET XL XİDMƏTİ, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidmət üçün 1086 (min səksən altı) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47 (qırx yeddi) manat 20 (iyimi) qəpik rüsum, 108 (yüz səkkiz) manat 63 (altmış üç) qəpik cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, URBANİSTA SEOUL qulaqlıq, JBL WAVE BUDS qulaqlıüqçün 208 (iki yüz səkkiz) manat 18 (on səkkiz) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat 82 (səksən iki) qəpik cərimə ümumilikdə 1471 (min dörd yüz yetmiş bir) manat 17 (on yeddi) qəpik borc, 34 (otuz dörd) manat 72 (yetmiş iki) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədəqətnamə, çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərilmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən İMEİ KODU **********70339 OPPO A3 markalı telefon, İMEİ KODU **********94313 OPPO A3 markalı telefon, 2 ədəd PAKET XL XİDMƏTİ, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, URBANİSTA SEOUL qulaqlıq, JBL WAVE BUDS quluqalıq almış və nəticədə 1471 (min dör yüz yetmiş bir) manat 17 (on yeddi) qəpik borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1303,84 (min üç yüz üç manat, 84 qəpik) manat (18 ay x 66,88 manat + 100 manat ilkin ödəniş) olan İMEİ KODU **********70339 OPPO A3 markalı telefon, İMEİ KODU **********94313 OPPO A3 markalı telefon, 2 ədəd PAKET XL XİDMƏTİ, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA3 İL XİDMƏTİ üçün ümumilikdə, 1242,17 (min iki yüz qırx iki manat, 17 qəpik) manat olmaqla ondan, 1086 (min səksən altı) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47 (qırx yeddi) manat 20 (iyimi) qəpik rüsum, güzəşt olunaraq 108 (yüz səkkiz) manat 63 (altmış üç) qəpik cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 232,92 (iki yüz otuz iki manat, 92 qəpik) manat (18 ay x 12.94 manat + 0 manat ilkin ödəniş) olan URBANİSTASEOUL qulaqlıq, JBL WAVE BUDS qulaqlıüqçün ümumilikdə, 229 (iki yüz iyirmi doqquz) manat olmaqla ondan, 208 (iki yüz səkkiz) manat 18 (on səkkiz) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 20 (iyirmi) manat 82 (səksən iki) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 242,24 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhviltəslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Odur ki, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********70339 OPPO A3 markalı telefon, İMEİ KODU **********94313 OPPO A3 markalı telefon, 2 ədəd PAKET XL XİDMƏTİ, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 1086 (min səksən altı) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47 (qırx yeddi) manat 20 (iyimi) qəpik rüsum, 108 (yüz səkkiz) manat 63 (altmış üç) qəpik cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, URBANİSTA SEOUL qulaqlıq, JBL WAVE BUDS qulaqlıüqçün 208 (iki yüz səkkiz) manat 18 (on səkkiz) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat 82 (səksən iki) qəpik cərimə Ümumilikdə 1471 (min dörd yüz yetmiş bir) manat 17 (on yeddi) qəpik borc, 34 (otuz dörd) manat 72 (yetmiş iki) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədəqətnamə, çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təsli aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz əldə etmişdir. Mülki işə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1086 (min səksən altı) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47 (qırx yeddi) manat 20 (iyimi) qəpik rüsum və 108 (yüz səkkiz) manat 63 (altmış üç) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 208 (iki yüz səkkiz) manat 18 (on səkkiz) qəpik ödənilməmiş hissə, 20 (iyirmi) manat 82 (səksən iki) qəpik manat cərimə. Ümumilikdə 1471 (min dörd yüz yetmiş bir) manat 17 (on yeddi) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 34 (otuz dörd) manat 72 (yetmiş iki) qəpik dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilələr əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 xx.xx.2003-cü ildə anadan olmuşdur. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müqavilədə qeyd olunan əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında əşyaların dəyərini ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, ödəniş cədvəlinə uyğun olaraq əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC verdiyi malın dəyərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 108 (yüz səkkiz) manat 63 (altmış üç) qəpik cərimə pulu azaldılaraq 08 (səkkiz) manat 63 (altmış üç) qəpik həddində müəyyən edilməlidir. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 20 (iyirmi) manat 82 (səksən iki) qəpik cərimə pulu azaldılaraq 01 (bir) manat 82 (səksən iki) qəpik cərimə həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1086 (min səksən altı) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 47 (qırx yeddi) manat 20 (iyimi) qəpik rüsum və 08 (səkkiz) manat 63 (altmış üç) qəpik cərimə, xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, 208 (iki yüz səkkiz) manat 18 (on səkkiz) qəpik ödənilməmiş hissə, 01 (bir) manat 82 (səksən iki) qəpik cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 34 (otuz dörd) manat 72 (yetmiş iki) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 1086 (min səksən altı) manat 34 (otuz dörd) qəpik qəpik ödənilməmiş hissə , İnnovativ Layihələr Mərkəzinə ödənilən 47 (qırx yeddi) manat 20 (iyimi) qəpik rüsum, 08 (səkkiz) manat 63 (altmış üç) qəpik cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 208 (iki yüz səkkiz) manat 18 (on səkkiz) qəpik ödənilməmiş hissə, 02 (iki) manat 82 (səksən iki) qəpik cərimə borcu və ödənilmiş 34 (otuz dörd) manat 72 (yetmiş iki) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1349/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1349/2025
25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver