Məhkəmə qərarları › İş №e-2(018)-1353/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1353/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1353/2023 16.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borc tələbinə dair» iddia qaldıraraq 15 avqust 2023-cü il tarixinə yaranmış 13 fevral 2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 63 (altmış üç) manat, 90 (doxsan) qəpik əsas, 9 (doqquz) manat, 50 (əlli) qəpik cərimə borcu, cəmi 73 (yetmiş üç) manat, 40 (qırx) qəpik borcun, 25 mart 2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqısatqı müqaviləsi üzrə 385 (üç yüz səksən beş) manat, 90 (doxsan) qəpik əsas, 57 (əlli yeddi) manat, 80 (səksən) qəpik cərimə, cəmi 443 (dörd yüz qırx üç) manat, 70 (yetmiş) qəpik borc, 25 mart 2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 165 (bir yüz almış beş) manat, 70 (yetmiş) qəpik əsas, 24 (iyirmi dörd) manat, 80 (səksən) qəpik cərimə, cəmi 190 (bir yüz doxsan) manat, 50 (əlli) qəpik, ümumillikdə üç müqavilə üzrə 615 (altı yüz on beş) manat, 50 (əlli) qəpik əsas, 92 (doxsan iki) manat, 10 (on) qəpik cərimə borcu, cəmi 707 (yeddi yüz yeddi) manat, 60 (altmış) qəpik cərimə borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 fevral 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh 239 (iki yüz otuz doqquz) manat, 90 (doxsan) qəpik dəyərində olan «Samsung» markalı telefona görə 15 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 16 (on altı) manat ödəməyi öz üzərinə götürmüşdür. 25 mart 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 885 (səkkiz yüz səksən beş) manat, 90 (doxsan) qəpik dəyərində olan “JVC” markalı televizora görə 18 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 50 (əlli) manat məbləğindəki pulu ödəməyi öz üzərinə götürmüşdür. 25 mart 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 385 (üç yüz səksən beş) manat, 70 (yetmiş) qəpik dəyərində olan “Samsung” markalı telefona və 02 ədəd saç qurudana görə 18 ay müddətinə 385 (üç yüz səksən beş) manat, 70 (yetmiş) qəpik ödəniş cədvəli üzrə hər ay 22 (iyirmi iki) manat məbləğindəki pulu ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, 13 fevral 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 24 iyun 2023-cü il tarixində 16 (on altı) manat, 25 mart 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 24 iyun 2023-cü il tarixində 50 (əlli) manat, 25 mart 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 24 iyun 2023-cü il tarixində 22 (iyirmi iki) manat ödəniş etmiş və iki müqavilə üzrə cəmi qalıq qalmış borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin 13 fevral 2022-ci il tarixli müqavilə üzrə hesablanmış cərimə məbləğinin miqdarı 95 (doxsan beş) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90% iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%, yəni 09 (doqquz) manat, 50 (əlli) qəpik, 25 mart 2022-ci il tarixli, ********* nömrəli müqaviləsi üzrə cərimənin məbləği 578 (beş yüz yetmiş səkkiz) manat təşkil etdiyi halda, cərimə məbləğinin 10%, yəni 57 (əlli yeddi) manat, 80 (səksən) qəpik, 25 mart 2022-ci il tarixli, ********* nömrəli müqaviləsi üzrə cərimənin məbləği 248 (iki yüz qırx səkkiz) manat təşkil etdiyi halda, cərimə məbləğinin 10%, yəni 24 (iyirmi dörd) manat, 80 (səksən) qəpik "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 13 fevral 2022-ci il tarixli, ********* saylı nisyə alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh aldığı «Samsung» markalı telefona görə 15 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 16 (on altı) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 25 mart 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «JVC» markalı televizor və kronşteynə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 50 (əlli) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 25 mart 2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «Samsung» markalı telefon və 2 ədəd saç qurudana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 22 (iyirmi iki) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 15 avqust 2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh "xxxx" MMC-ə 13 fevral 2022-ci il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 15 avqust 2023-cü il tarixinə 63 (altmış üç) manat, 90 (doxsan) qəpik əsas, 95 (doxsan beş) manat cərimə borcu, 25 mart 2022-ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 385 (üç yüz səksən beş) manat, 90 (doxsan) qəpik əsas, 578 (beş yüz yetmiş səkkiz) manat cərimə, 25 mart 2022ci il tarixli ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən 165 (bir yüz almış beş) manat, 70 (yetmiş) qəpik əsas, 248 (iki yüz qırx səkkiz) manat cərimə ə borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən üç müqavilə üzrə yaranmış borcunun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 13 fevral 2022-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 9 (doqquz) manat, 50 (əlli) qəpik cərimə borcu silinərək 0.00 (sıfır) manat həddində, 25 mart 2023-cü il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 24 (iyirmi dörd) manat, 80 (səksən) qəpik məbləğindəki cərimə silinərək 0.00 (sıfır) manat həddində, 25 mart 2023-cü il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 57 (əlli yeddi) manat, 80 (səksən) qəpik məbləğindəki cərimə azaldılaraq 3 (üç) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 13 fevral 2022-ci il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 63 (altmış üç) manat, 90 (doxsan) qəpik əsas, 0.00 (sıfır) manat cərimə borcu, 25 mart 2023cü il tarixli müqaviləsi üzrə 165 (bir yüz almış beş) manat, 70 (yetmiş) qəpik manat əsas, 0.00 (sıfır) manat cərimə, 25 mart 2023-cü il tarixli müqaviləsi üzrə 385 (üç yüz səksən beş) manat, 90 (doxsan) qəpik əsas manat əsas, 3 (üç) manat cərimə, cəmi 618 (altı yüz on səkkiz) manat, 50 (əlli) qəpik və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar