Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1362/2023 18.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Süleymanlı.R.X iddia verərək:
1. 07 may 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********81161 Samsung Galaxy A53 markalı telefon üçün 776 (yeddi yüz yetmiş altı) manat, 48 (qırx səkkiz) qəpik ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat, 52 (əlli iki) qəpik cərimə;
2. 03 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********71995 Samsung Galaxy A03 markalı telefon, Vinil şəffaf üçün 358 (üç yüz əlli səkkiz) manat, 38 (otuz səkkiz) qəpik ödənilməmiş hissə, 35 (otuz beş) manat, 62 (altmış iki) qəpik cərimə, ümumilikdə 1248 (bir min iki yüz qırx səkkiz) manat borc və 32 (otuz iki) manat, 48 (qırx səkkiz) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 07 may 2022-ci il tarixli və 03 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********81161 Samsung Galaxy A53 markalı telefon, İmei Kodu **********71995 Samsung Galaxy A03 markalı telefon, Vinil şəffaf almış və nəticədə 1248 (bir min iki yüz qırx səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07 may 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1144 (bir min yüz qırx dörd) manat, 98 (doxsan səkkiz) qəpik İmei kodu **********81161 Samsung Galaxy A53 markalı telefon üçün ümumilikdə 854 (səkkiz yüz əlli dörd) manat olmaqla, ondan 776 (yeddi yüz yetmiş altı) manat, 48 (qırx səkkiz) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 77 (yetmiş yeddi) manat, 52 (əlli iki) qəpik cərimə; 03 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 429 (dörd yüz iyirmi doqquz) manat, 38 (otuz səkkiz) qəpik İmei Kodu **********71995 Samsung Galaxy A03 markalı telefon, Vinil şəffaf üçün ümumilikdə 394 (üç yüz doxsan dörd) manat olmaqla, ondan 358 (üç yüz əlli səkkiz) manat, 38 (otuz səkkiz) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 35 (otuz beş) manat, 62 (altmış iki) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 439 (dörd yüz otuz doqquz) manat, 50 (əlli) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 32 (otuz iki) manat, 48 (qırx səkkiz) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 07 may 2022-ci il tarixli, 03031451 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********81161 Samsung Galaxy A53 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 03 oktyabr 2022-ci il tarixli, 03713527 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei Kodu **********71995 Samsung Galaxy A03 markalı telefon, Vinil şəffaf almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 07 may 2022-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 776 (yeddi yüz yetmiş altı) manat, 48 (qırx səkkiz) qəpik ödənilməmiş hissə, 77 (yetmiş yeddi) manat, 52 (əlli iki) qəpik cərimə; 03 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu **********71995 Samsung Galaxy A03 markalı telefon, Vinil şəffaf üçün 358 (üç yüz əlli səkkiz) manat, 38 (otuz səkkiz) qəpik ödənilməmiş hissə, 35 (otuz beş) manat, 62 (altmış iki) qəpik cərimə, ümumilikdə 1248 (bir min iki yüz qırx səkkiz) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 07 may 2022-ci il tarixli, 03031451 nömrəli və 03 oktyabr 2022-ci il tarixli, 03713527 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 07 may 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 77 (yetmiş yeddi) manat, 52 (əlli iki) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 3 (üç) manat həddində, 03 oktyabr 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 35 (otuz beş) manat, 62 (altmış iki) qəpik məbləğindəki dəbbə pulu silinərək 0.00 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32 (otuz iki) manat, 48 (qırx səkkiz) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 07 may 2022-ci il tarixli müqaviləsinə əsasən 776 (yeddi yüz yetmiş altı) manat, 48 (qırx səkkiz) qəpik ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 03 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən 358 (üç yüz əlli səkkiz) manat, 38 (otuz səkkiz) qəpik ödənilməmiş hissə, 0.00 (sıfır) manat cərimə, ümumilikdə 1137 (bir min yüz otuz yeddi) manat, 86 (səksən altı) qəpik borc, ödənilmiş 32 (otuz iki) manat, 48 (qırx səkkiz) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov