Məhkəmə qərarları › İş №e-2(018)-1363/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1363/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1363/2023 30.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı cavabdeh Abdullayeva (Abbasova) Silviya Qədir qızına qarşı «pul» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abdullayeva (Abbasova) Silviya Qədir qızına qarşı «pul» tələbi barədə iddia verərək, cavabdeh Abdullayeva (Abbasova) Silviya Qədir qızından 468 (dörd yüz altmış səkkiz) manat əsas borcunun, 70 (yetmiş) manat cərimə borcunun, cəmi 538 (beş yüz otuz səkkiz) manat borcun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, şəxsi münasibətlər zəminində tanıdığı cavabdeh Abdullayeva (Abbasova) Silviya Qədir qızı xx.xx.2021-ci ildə təkər diskin nisiyə alqı-satqı müqaviləsi bağlayıb 6 ay müddətinə, ilkin ödəniş 56 (əlli altı) manat olmaq şərti ilə 524 (beş yüz iyirmi dörd) manat dəyərində təkər almışdır. Göstərilən müddət tamam olduqdan sora xeyli müddət keçsə də cavabdeh Abdullayeva (Abbasova) Silviya Qədir qızı onun borcunu qaytarmamışdır. O, dəfələrlə borcunu qaytarılmasını tələb etsə də cavabdeh borcunu qaytarmamış və qaytarmaqdan da təkidlə imtina etmişdir. Ona görə də, cavabdehin ona borclu olduğu 468 (dörd yüz altmış səkkiz) manat əsas, 70 (yetmiş) manat cərimə, cəmi 538 (beş yüz otuz səkkiz) manat borc pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı cavabdeh Abdullayeva (Abbasova) Silviya Qədir qızına 6 ay müddətinə, ilkin ödəniş 56 (əlli altı) manat olmaq şərti ilə 524 (beş yüz iyirmi dörd) manat dəyərində təkər vermişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə iddia vermək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Abdullayeva (Abbasova) Silviya Qədir qızından xx.xx.2021-ci il tarixli “nisyə alqısatqı” müqaviləsinə əsasən, 468 (dörd yüz altmış səkkiz) manat əsas borc, 5 (beş) manat cərimə borcu, cəmi 473 (dörd yüz yetmiş üç) manat borc pul və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar