Məhkəmə qərarları › İş №e-2(018)-1368/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1368/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1368/2025 28.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh xx.xx.2022-ci il tarixli ASK6113583 saylı müqaviləyə əsasən ödənilməmiş 175 (yüz yetmiş beş) manat qalıq borcun və xx.xx.2022-ci il tarixli ASK6113496 saylı müqaviləyə əsasən ödənilməmiş 916 (doqquz yüz on altı) manat qalıq borcun, cəmi 1091 (min doxsan bir) manat qalıq borcun, 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən xx.xx.2022-ci il tarixli ASK6113583 saylı və xx.xx.2022-ci il tarixli ASK6113496 saylı borc müqavilələri əsasında ümumi dəyəri 3858 (üç min səkkiz yüz əlli səkkiz) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1091 (min doxsan bir) manat əsas borcu qalmışdır. Cavabdeh Məmmədov İlqar Şairoğlundan müqavilə (müqavilələr) üzrə 1091 (min doxsan bir) manat əsas borc, 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 1122 (min yüz iyirmi iki) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdeh xx.xx.2022-ci il tarixli ASK6113583 saylı və xx.xx.2022-ci il tarixli ASK6113496 saylı borc müqavilələrinə əsasən 1091 (min doxsan bir) manat əsas borc, 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 1122 (min yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ASK6113583 saylı müqavilə və ona əlavə edilmiş təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ilkin ödəniş 14 (on dörd) manat olmaqla, 15 ay müddətinə, alqı-satqı qiyməti 885 (səkkiz yüz səksən beş) manat olan məişət avadanlığı təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ASK6113496 saylı müqavilədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ilkin ödəniş 304 (üç yüz dörd) manat olmaqla, 15 ay müddətinə, alqı-satqı qiyməti 2655 (iki min altı yüz əlli beş) manat olan məişət avadanlığı təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2022-ci il tarixli ASK6113583 saylı müqaviləyə əsasən ödənilməmiş 175 (yüz yetmiş beş) manat qalıq borcu və xx.xx.2022-ci il tarixli ASK6113496 saylı müqaviləyə əsasən ödənilməmiş 916 (doqquz yüz on altı) manat qalıq borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1979-cü ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 31 (otuz bir) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamə sənədinin surətindən görünür ki, etibarnamədə qeyd edilən hüquqların həyata keçirilməsi xx.xx.2025-ci il tarixədək Nümayəndə etibar edilmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1990-cı ildə anadan olmuşdur. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilələr əsasında İddiaçı MMC-dən müqavilələrdə qeyd olunan əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında əşyaların dəyərini ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, müqaviləyə uyğun olaraq əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı MMC verdiyi malların dəyərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia təmin edilərək xx.xx.2022-ci il tarixli ASK6113583 saylı müqaviləyə əsasən ödənilməmiş 175 (yüz yetmiş beş) manat qalıq borc, xx.xx.2022-ci il tarixli ASK6113496 saylı müqaviləyə əsasən ödənilməmiş 916 (doqquz yüz on altı) manat qalıq borc, cəmi 1091 (min doxsan bir) manat qalıq borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ASK6113583 saylı müqaviləyə əsasən ödənilməmiş 175 (yüz yetmiş beş) manat qalıq borc və xx.xx.2022-ci il tarixli ASK6113496 saylı müqaviləyə əsasən ödənilməmiş 916 (doqquz yüz on altı) manat qalıq borc və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutulub İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar