Məhkəmə qərarları › İş №e-2(018)-1394/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1394/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1394/2023 30.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Nümayəndə iddia verərək:

1. 16 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********60602 Xiaomi Mİ 11 LİTE markalı telefon üçün 250 (iki yüz əlli) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 25 (iyirmi beş) manat, 60 (altmış) qəpik cərimə;

2. 18 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən Amazfit GTR 3 markalı saat üçün 440 (dörd yüz qırx) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 44 (qırx dörd) manat, 60 (altmış) qəpik cərimə, ümumilikdə 761 (yeddi yüz altmış bir) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 16 yanvar 2022-ci il tarixli və 18 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********60602 Xiaomi Mİ 11 LİTE markalı telefon, Amazfit GTR 3 markalı telefon almış və nəticədə 761 (yeddi yüz altmış bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1001 (bir min bir) manat, 60 (altmış) qəpik İmei kodu **********60602 Xiaomi Mİ 11 LİTE markalı telefon üçün ümumilikdə 276 (iki yüz yetmiş altı) manat olmaqla, ondan 250 (iki yüz əlli) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 25 (iyirmi beş) manat, 60 (altmış) qəpik cərimə; 18 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 594 (beş yüz doxsan dörd) manat, 40 (qırx) qəpik Amazfit GTR 3 markalı telefon üçün ümumilikdə 485 (dörd yüz səksən beş) manat olmaqla, ondan 440 (dörd yüz qırx) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 44 (qırx dörd) manat, 60 (altmış) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 905 (doqquz yüz beş) manat, 20 (iyirmi) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manatdövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 16 yanvar 2022-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********60602 Xiaomi Mİ 11LİTE markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 18 avqust 2022-ci il tarixli, 04311849 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən Amazfit GTR 3 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 16 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 250 (iki yüz əlli) manat, 40 (qırx) qəpik əsas, cərimə 25 (iyirmi beş) manat, 60 (altmış) qəpik, 18 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən 440 (dörd yüz qırx) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 44 (qırx dörd) manat, 60 (altmış) qəpik cərimə, cəmi 761 (yeddi yüz altmış bir) manat manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 16 yanvar 2022-ci il tarixli, ******* nömrəli və 18 avqust 2022-ci il tarixli, 04311849 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 16 yanvar 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 25 (iyirmi beş) manat, 60 (altmış) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 03 (üç) manat həddində, 18 avqust 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 44 (qırx dörd) manat, 60 (altmış) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 2 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manatdövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 16 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən 250 (iki yüz əlli) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 03 (üç) manat cərimə, 18 avqust 2022-ci il tarixli müqaviləyə əsasən 440 (dörd yüz qırx) manat, 40 (qırx) qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə, ümumilikdə 695 (altı yüz doxsan beş) manat, 80 (səksən) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar