Məhkəmə qərarları › İş №e-2(018)-1417/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1417/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1417/2023 01.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departmentinin rəhbəri Nümayəndə iddia verərək:

1. 23 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən Civil- Beshik, Doshek Uretan üçün 127 (bir yüz iyirmi yeddi) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 12 (on iki) manat, 80 (səksən) qəpik cərimə;

2. 26 oktyabr 2020-ci il tarixli müqaviləsinə İmei kodu **********38856 X1 20 markalı telefon üçün 872 (səkkiz yüz yetmiş iki) manat, 99 (doxsan doqquz) qəpik ödənilməmiş hissə, 87 (səksən yeddi) manat, 01 (bir) qəpik cərimə, ümumilikdə 1100 (bir min yüz) manat borc və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 23 oktyabr 2020-ci il tarixli və 26 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********38856 X1 20, Civil- Beshik, Doshek Uretan almış və nəticədə 1100 (bir min yüz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat, 60 (altmış) qəpik Civil- Beshik, Doshek Uretan üçün ümumilikdə 140 (bir yüz qırx) manat olmaqla, ondan 127 (bir yüz iyirmi yeddi) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 12 (on iki) manat, 80 (səksən) qəpik cərimə; 26 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 3796 (üç min yeddi yüz doxsan altı) manat, 20 (iyirmi) qəpik İmei kodu **********38856 X1 20 markalı telefon üçün ümumilikdə 960 (doqquz yüz altmış) manat olmaqla, ondan 872 (səkkiz yüz yetmiş iki) manat, 99 (doxsan doqquz) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 87 (səksən yeddi) manat, 01 (bir) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3636 (üç min altı yüz otuz altı) manat, 61 (altmış bir) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 23 oktyabr 2020-ci il tarixli, 21269539 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən Civil- Beshik, Doshek Uretan almışdır. İş materiallarına əlavə olunmuş 26 oktyabr 2020-ci il tarixli, 21276101 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********38856 X1 20 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 23 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 127 (bir yüz iyirmi yeddi) manat, 20 (iyirmi) qəpik əsas, cərimə 12 (on iki) manat, 80 (səksən) qəpik, 26 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən 872 (səkkiz yüz yetmiş iki) manat, 99 (doxsan doqquz) qəpik ödənilməmiş hissə, 87 (səksən yeddi) manat, 01 (bir) qəpik cərimə, cəmi 1100 (bi min yüz) manat manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 23 oktyabr 2020-ci il tarixli, 21269539 nömrəli və 26 oktyabr 2020-ci il tarixli, 21276101 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 23 oktyabr 2020-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 12 (on iki) manat, 80 (səksən) qəpik məbləğindəki dəbbə pulu silinərək 0.00 (sıfır) manat həddində, 26 oktyabr 2020-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 87 (səksən yeddi) manat, 01 (bir) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 05 (beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 31 (otuz bir) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 23 oktyabr 2020-ci il tarixli müqaviləsinə əsasən 127 (bir yüz iyirmi yeddi) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 0.00 (sıfır) manat cərimə, 26 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən 872 (səkkiz yüz yetmiş iki) manat, 99 (doxsan doqquz) qəpik ödənilməmiş hissə, 05 (beş) manat cərimə, ümumilikdə 1005 (bir min beş) manat, 19 (on doqquz) qəpik borc, ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar