Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1424/2023 02.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Süleymanlı.R.X iddia verərək:
1. 18 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********45264 Xiaomi Redmi 10 markalı telefon, Mİ Redmi Airdots 2 qulaqlıq üçün 71 (yetmiş bir) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 7 (yeddi) manat, 40 (qırx) qəpik cərimə;
2. 19 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********22660 Samsung Galaxy A52 markalı telefon üçün 713 (yeddi yüz on üç) manat, 88 (səksən səkkiz) qəpik ödənilməmiş hissə, 71 (yetmiş bir) manat, 12 (on iki) qəpik cərimə, ümumilikdə 864 (səkkiz yüz altmış dörd) manat borc və 30 (otuz) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 18 noyabr 2021-ci il tarixli və 19 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********45264 Xiaomi Redmi 10 markalı telefon, Mİ Redmi Airdots 2 qulaqlıq, İmei kodu **********22660 Samsung Galaxy A52 markalı telefon almış və nəticədə 864 (səkkiz yüz altmış dörd) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 18 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 727 (yeddi yüz iyirmi yeddi) manat, 60 (altmış) qəpik İmei kodu **********45264 Xiaomi Redmi 10 markalı telefon, Mİ Redmi Airdots 2 qulaqlıq üçün ümumilikdə 79 (yetmiş doqquz) manat olmaqla, ondan 71 (yetmiş bir) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 7 (yeddi) manat, 40 (qırx) qəpik cərimə; 19 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 843 (səkkiz yüz qırx üç) manat, 88 (səksən səkkiz) qəpik İmei kodu **********22660 Samsung Galaxy A52 markalı telefon üçün ümumilikdə 785 (yeddi səksən beş) manat olmaqla, ondan 713 (yeddi yüz on üç) manat, 88 (səksən səkkiz) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 71 (yetmiş bir) manat, 12 (on iki) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 786 (yeddi yüz səksən altı) manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 18 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********45264 Xiaomi Redmi 10 markalı telefon, Mİ Redmi Airdots 2 qulaqlıq almışdır. İş materiallarına əlavə olunmuş 19 avqust 2022-ci il tarixli, 03432005 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********22660 Samsung Galaxy A52 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 18 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 71 (yetmiş bir) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 7 (yeddi) manat, 40 (qırx) qəpik cərimə; 19 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********2660 Samsung Galaxy A52 markalı telefon üçün 713 (yeddi yüz on üç) manat, 88 (səksən səkkiz) qəpik ödənilməmiş hissə, 71 (yetmiş bir) manat, 12 (on iki) qəpik cərimə, ümumilikdə 864 (səkkiz yüz altmış dörd) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 18 noyabr 2021-ci il tarixli, ******* nömrəli və 19 avqust 2022-ci il tarixli, 03432005 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 18 noyabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 7 (yeddi) manat, 40 (qırx) qəpik məbləğindəki dəbbə pulu silinərək 0.00 (sıfır) manat həddində, 19 avqust 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 71 (yetmiş bir) manat, 12 (on iki) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 03 (üç) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 18 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən 71 (yetmiş bir) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 0.00 (sıfır) manat cərimə, 19 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən 713 (yeddi yüz on üç) manat, 88 (səksən səkkiz) qəpik ödənilməmiş hissə, 03 (üç) manat cərimə, ümumilikdə 788 (yeddi yüz səksən səkkiz) manat, 48 (qırx səkkiz) qəpik borc, ödənilmiş 30 (otuz) dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov