Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1433/2025 08.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı « borcun ödənilməsi » barədə iddia verərək, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KOD **********82591 OPPO A60, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, VİNİL ŞƏFFAF, EPSON printer almiş və nəticədə 706.5 (yeddi yüz altı) manat 50 (əlli) qəpik borc yaranmışdır. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh müqaviləni şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 789 (yeddi yüz səksən doqquz) manat 96 (doxsan altı) qəpik olan İMEİ KOD **********82591 OPPO A60 PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, VİNİL ŞƏFFAF üçün ümümilikdə 506 (beş yüz altı) manat, 52 (əlli iki) qəpik manat olmaqla ondan, 460 (dörd yüz altmış) manat 47 (qırx yeddi ) qəpik ödənilmiş hissə, güzəşt ounaraq 46 (qırx altı) manat 5 (beş) qəpik manat cərimə;xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 580 (beş yüz səksən) manat 80 (səksən) qəpik olan EPSON printeri üçün ümümilikdə, 199 (yüz doxsan doqquz) manat 98 (doxsan səkkiz) qəpik manat olmaqla ondan, 181 ( yüz səksən bir) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 18 ( on səkkiz) manat 18 (on səkkiz) qəpik cərimə miqdarında borc yaranmışdır.İddiaçı xx.xx.2024-cü il cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********82591 OPPO A60 PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, VİNİL ŞƏFFAF üçün, 460 (dörd yüz altmış) manat 47 (qırx yeddi ) qəpik manat ödənilməmiş hissə, 46 (qırx altı) manat 05 (beş) qəpik cərimə;xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, EPSON printeri üçün 181 ( yüz səksən bir) manat 80 (səksən) qəpik manat ödənilməmiş hissə, 18 ( on səkkiz) manat 18 (on səkkiz) qəpik cərimə,Ümumilikdə 706 ( yeddi yüz altı) manat 50 (əlli) qəpik borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təsli aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz əldə etmişdir. Mülki işə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 789 (yeddi yüz səksən doqquz) manat 96 (doxsan altı) qəpik olan İMEİ KOD **********82591 OPPO A60 PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, VİNİL ŞƏFFAF üçün ümümilikdə 506 (beş yüz altı) manat, 52 (əlli iki) qəpik manat olmaqla ondan, 460 (dörd yüz altmış) manat 47 (qırx yeddi ) qəpik ödənilmiş hissə, güzəşt ounaraq 46 (qırx altı) manat 5 (beş) qəpik və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 580 (beş yüz səksən) manat 80 (səksən) qəpik olan EPSON printeri üçün ümümilikdə, 199 (yüz doxsan doqquz) manat 98 (doxsan səkkiz) qəpik olmaqla ondan, 181 ( yüz səksən bir) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 18 ( on səkkiz) manat 18 (on səkkiz) qəpik cərimə miqdarında borc yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli 75374018 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilələr əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Astara rayonu, Ojakəran kəndində qeydiyyatdadır. Qeyd olunan xüsusatlara əsasən hesab edirəm ki, Cavabdeh müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müqavilədə qeyd olunan əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında əşyaların dəyərini ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, ödəniş cədvəlinə uyğun olaraq əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC verdiyi malın dəyərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi 46 (qırx dörd) manat 05 (doxsan səkkiz) qəpik cərimə pulu azaldılaraq 03 (üç) manat və 18 (on səkkiz) manat 18 (on səkkiz) qəpik cərimə pulu azaldılaraq 02 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək, xx.xx.2024-cü il cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********82591 OPPO A60 PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, VİNİL ŞƏFFAF üçün, 460 (dörd yüz altmış) manat 47 (qırx yeddi ) qəpik manat ödənilməmiş hissə, 3 (üç) manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, EPSON printeri üçün 181 ( yüz səksən bir) manat 80 (səksən) qəpik manat ödənilməmiş hissə, 2 ( iki) manat cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********82591 OPPO A60, PAKET L XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, VİNİL ŞƏFFAF üçün 460 (dörd yüz altmış) manat 47 (qırx yeddi ) qəpik ödənilməmiş hissə, 03 (üç) manat cərimə, EPSON printer üçün 181 ( yüz səksən bir) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 2 ( iki) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1433/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1433/2025
08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver