Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1436/2023 13.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulmasına dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borcun tutulmasına dair» iddia qaldıraraq, cavabdehdən müqavilə üzrə 858.48 (səkkiz yüz əlli səkkiz manat,qırx səkkiz qəpik) manat qalıq borcu və 155.99 (yüz əlli beş manat,doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 1014.47 (min on dörd manat,qırx yeddi qəpik) manat borcun həmçinin ərizə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30.14 (otuz manat ,on dörd qəpik) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki,"xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 04 noyabr 2021-ci il tarixli, ASTK03544 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 958.48 (doqquz yüz əlli səkkiz manat,qırx səkkiz qəpik) manat dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. "xxxx" MMC ilə müştəri "xxxx" MMC arasında arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 nömrəli faktoring müqaviləsinə əsasən "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış 04 noyabr 2021-ci il tarixli, ASTK03544 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini "xxxx" MMC-yə güzəşt etmişdir.Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”-nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəməkdən boyun qaçırmışdır.Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gün gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğin 0,3% həcmində cərimə ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Kreditor qarşısında cavabdehin 1559.99 (min beş yüz əlli doqquz manat,doxsan doqquz qəpik) manat cərimə borcu yaranmışdır. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 155.99 (yüz əlli beş manat,doxsan doqquz qəpik) manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30.14 (otuz manat,on dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 04 noyabr 2021-ci il tarixli, ASTK03544 nömrəli nisyə alqısatqı müqaviləsindən görünür ki,"xxxx" MMC cavabdehə 958.48 (doqquz yüz əlli səkkiz manat,qırx səkkiz qəpik) manat dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Mülki işə əlavə edilmiş 01 sentyabr 2022-ci il tarixli faktoring müqaviləsindən görünür ki, Optimal Elektronika” MMC ilə borclu Cavabdeh arasında bağlanmış 04 noyabr 2021-ci il tarixli,ASTK03544 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbini "xxxx" MMC-yə güzəşt etmişdir. Mülki işə əlavə edilmiş 03 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 858.48 (səkkiz yüz əlli səkkiz manat,qırx səkkiz qəpik) manat qalıq borcu,155.99 (yüz əlli beş manat,doxsan doqquz qəpik)manat cərimə,ümumilikdə 1014.47 (min on dörd manat,qırx yeddi qəpik) manat qəpik borcu vardır. Mülki işə əlavə edilmiş bildiriş məktubundan görünür ki, cavabdehə ümumilikdə 1014.47 (min on dörd manat,qırx yeddi qəpik) manat məbləğində borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 04 noyabr 2021-ci il tarixli, ASTK03544 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 155.99 (yüz əlli beş manat,doxsan doqquz qəpik) manat məbləğində dəbbə pulu azaldılaraq 10 (on) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30.14 (otuz manat,on dörd qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 04 noyabr 2021-ci il tarixli, ASTK03544 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 858.48 (səkkiz yüz əlli səkkiz manat,qırx səkkiz qəpik) manat qalıq borcu və 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 868.48 (səkkiz yüz altmış səkkiz manat,qırx səkkiz qəpik) manat borc pulu və ödənilmiş 30.14 (otuz manat,on dörd qəpik) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №e-2(018)-1436/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1436/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver