Məhkəmə qərarları › İş №e-2(018)-1501/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1501/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1501/2025 25.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********88061 SAMSUNG GALAXY A06 markalı telefon, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 342,84 (üç yüz qırx iki manat 84 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 34,28 (otuz dörd manat, 28 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********14802 BLACKVİEW TAB 60 PRO PLANŞET, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün, 374,04 (üç yüz yetmiş dörd manat, 04 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 37,40 (otuz yeddi manat, 40 qəpik) manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh oğlundan alınaraq “ABC TELECOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 374,04 (üç yüz yetmiş dörd manat, 04 qəpik) manat (12 ay x 31,17 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********88061 SAMSUNG GALAXY A06 markalı telefon, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün ümumilikdə, 377,12 (üç yüz yetmiş yeddi manat, 12 qəpik) manat olmaqla ondan, 342,84 (üç yüz qırx iki manat 84 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 34,28 (otuz dörd manat, 28 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 374,04 (üç yüz yetmiş dörd manat 04 qəpik) manat (18 ay x 20,78 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********14802 BLACKVİEW TAB 60 PRO PLANŞET, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün ümumilikdə, 411,44 (dörd yüz on bir manat, 44 qəpik) manat olmaqla ondan, 374,04 (üç yüz yetmiş dörd manat, 04 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 37,40 (otuz yeddi manat, 40 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq etdim, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təsli aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz əldə etmişdir. Mülki işə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********88061 SAMSUNG GALAXY A06 markalı telefon, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 342,84 (üç yüz qırx iki manat 84 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 34,28 (otuz dörd manat, 28 qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İmei kod **********14802 BLACKVİEW TAB 60 PRO PLANŞET, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün, 374,04 (üç yüz yetmiş dörd manat, 04 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 37,40 (otuz yeddi manat, 40 qəpik) manat cərimə, ümumilikdə 788,57 manat manat borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilələr əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə anadan olmuşdur. Qeyd olunan xüsusatlara əsasən hesab edirəm ki, Cavabdeh müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müqavilədə qeyd olunan əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında əşyaların dəyərini ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan əşyaları almasına dair hüququndan istifadə etmiş, ödəniş cədvəlinə uyğun olaraq əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, hesab edirəm ki, iddiaçı "xxxx" MMC verdiyi malın dəyərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçının iddia 34,28 (otuz dörd manat, 28 qəpik) manat cərimə pulu azaldılaraq 2.28 (iki manat, iyirmi səkkiz qəpik) manat həddində müəyyən edilməlidir, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 37,40 (otuz yeddi manat, 40 qəpik) manat cərimə pulu azaldılaraq 2.40 (iki manat, qırx qəpik) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********88061 SAMSUNG GALAXY A06 markalı telefon, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 342,84 (üç yüz qırx iki manat 84 qəpik) manat ödənilməmiş hissə, 2.28 (iki manat, iyirmi səkkiz qəpik) manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********14802 BLACKVİEW TAB 60 PRO PLANŞET, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün, 374,04 (üç yüz yetmiş dörd manat, 04 qəpik) manat ödənilməmiş hissə, 2.40 (iki manat, qırx qəpik) manat cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********88061 SAMSUNG GALAXY A06 markalı telefon, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 342,84 (üç yüz qırx iki manat 84 qəpik) manat ödənilməmiş hissə, 2.28 (iki manat, iyirmi səkkiz qəpik) manat cərimə borcu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********14802 BLACKVİEW TAB 60 PRO PLANŞET, PAKET M XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün, 374,04 (üç yüz yetmiş dörd manat, 04 qəpik) manat ödənilməmiş hissə, 2.40 (iki manat, qırx qəpik) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar