Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1509/2023 04.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru İsrafilzadə H.F. iddia verərək:xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720.04 (yeddi yüz iyimi manat dörd qəpik) manat (12 ay x 55.67 manat + 52 manat ilkin ödeniş) əsasən İMEİ KOD **********99465 XİAOMİ REDM NOTE 11 markalı telefon üçün ümumilikdə, 490 (dörd yüz doxsan) manat olmaqla ondan 445.04 (dörd yüz qırx beş manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.96 (qırx dörd manat doxsan alts qəpik) rnanat cərimə;xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 615.04 (altı yüz on beş manat dörd qəpik) manat (12 ay x 40.42 manat + 130 manat ilkin ödəniş) İMEİ **********84109 BLACKVİEW A95 üçün ümumilikdə, 469 (dörd yüz altmış doqquz) olmaqla ondan, 426.04 (dörd yüz iyirmi altı manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42.96 (qırx iki manat doxsan altı qəpik) manat cərimə;xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 318.98 (üç yüz on səkkiz manat doxsan səkkiz qəpik) manat (10 ay x 16.11 manat + 29 manat ilkin ödəniş) AMAZFİT QOL SAATİ üçün ümumilikdə, 282 (iki yüz səksən iki) manat olmaqla ondan, 256.98 (iki yüz c ili altı manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25.02 (iyirmi beş manat iki qəpik) manat cerimə miqdarında borc Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720.04 (yeddi yüz iyimi manat dörd qəpik) manat (12 ay x 55.67 manat + 52 manat ilkin ödeniş) əsasən İMEİ KOD **********99465 XİAOMİ REDM NOTE 11 markalı telefon üçün ümumilikdə, 490 (dörd yüz doxsan) manat olmaqla ondan 445.04 (dörd yüz qırx beş manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 44.96 (qırx dörd manat doxsan alts qəpik) rnanat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 615.04 (altı yüz on beş manat dörd qəpik) manat (12 ay x 40.42 manat + 130 manat ilkin ödəniş) İMEİ **********84109 BLACKVİEW A95 üçün ümumilikdə, 469 (dörd yüz altmış doqquz ) olmaqla ondan, 426.04 (dörd yüz iyirmi altı manat dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42.96 (qırx iki manat doxsan altı qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 318.98 (üç yüz on səkkiz manat doxsan səkkiz qəpik) manat (10 ay x 16.11 manat + 29 manat ilkin ödəniş) AMAZFİT QOL SAATİ üçün ümumilikdə, 282 (iki yüz səksən iki) manat olmaqla ondan, 256.98 (iki yüz c ili altı manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25.02 (iyirmi beş manat iki qəpik) manat cerimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 526 (beş yüz iyirmi altı) manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 32 (otuz iki manat) 41 (qırx bir) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 2709.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ KOD **********99465 XİAOMİ REDMİ NOTE 11 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ **********84109 BLACKVİEW A95 almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən AMAZFİT QOL SAAT almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdehnın xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə 445.04 (dörd yüz qurx beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 44.96 (qırx dörd manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən 426.04 (dörd yüz iyimi altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 42.96 (qırx iki manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 256.98 (iki yüz əlli alts manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 25.02 (iyirmi beş manat iki qəpik) manat cərimə, cəmi 1241 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdehnın xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32 (otuz iki manat) 41 (qırx bir) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 445.04 (dörd yüz qurx beş manat dörd qəpik) manat ödənilməmiş hissə, 4.96 (dörd manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 426.04 (dörd yüz iyimi altı manat dörd qəpik) manat ödənilməmiş hissə, 2.96 (iki manat doxsan altı qəpik) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 256.98 (iki yüz əlli alts manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 2.02 (iki manat iki qəpik) manat cərimə, ümumilikdə 1138 (min yüz otuz səkkiz) manat borc, dövlət rüsumu üçün ödənilmiş 32 (otuz iki manat) 41 (qırx bir) qəpik məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-1509/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1509/2023
04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver