Məhkəmə qərarları › İş №e-2(018)-155/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-155/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-155/2024 09.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə iddia verərək:

1. 27 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən LG LED televizor üçün 132 (bir yüz otuz iki) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 13 (on üç) manat, 80 (səksən) qəpik cərimə;

2. 18 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu SK4VQCWQ42F İPAD 9 markalı planşet üçün 132 (bir yüz otuz iki) manat, 10 (on) qəpik ödənilməmiş hissə, 13 (on üç) manat, 90 (doxsan) qəpik cərimə olmaqla, ümumilikdə 292 (iki yüz doxsan iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 27 oktyabr 2021-ci il tarixli və 18 yanvar 2022-ci il tarixli müqavilələrə əsasən LG LED televizor və İmei kodu SK4VQCWQ42F İPAD 9 markalı planşet almış və nəticədə 292 (iki yüz doxsan iki) manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 27 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 829 (səkkiz yüz iyirmi doqquz) manat, 20 (iyirmi) qəpik olan LG LED televizor üçün ümumilikdə 146 (bir yüz qırx altı) manat olmaqla, ondan 132 (bir yüz otuz iki) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 13 (on üç) manat, 80 (səksən) qəpik cərimə; 18 yanvar 2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1018 (bir min on səkkiz) manat, 40 (qırx) qəpik olan İmei kodu SK4VQCWQ42F İPAD 9 markalı planşet üçün ümumilikdə 146 (bir yüz qırx altı) manat olmaqla, ondan 132 (bir yüz otuz iki) manat, 10 (on) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 13 (on üç) manat, 90 (doxsan) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1583 (bir min beş yüz səksən üç) manat, 30 (otuz) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 27 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən LG LED televizor almışdır. İş materiallarına əlavə olunmuş 18 yanvar 2022-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu SK4VQCWQ42F İPAD 9 markalı planşet almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 27 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə 132 (bir yüz otuz iki) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 13 (on üç) manat, 80 (səksən) qəpik cərimə, 18 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən 132 (bir yüz otuz iki) manat, 10 (on) qəpik ödənilməmiş hissə, 13 (on üç) manat, 90 (doxsan) qəpik cərimə olmaqla, ümumilikdə 292 (iki yüz doxsan iki) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 27 oktyabr 2021-ci il tarixli, ******* nömrəli və 18 yanvar 2022-ci il tarixli, ******* nömrəli müqavilələri üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 27 oktyabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 13 (on üç) manat, 80 (səksən) qəpik məbləğindəki dəbbə pulu silinərək 0.00 (sıfır) manat həddində və 18 yanvar 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 13 (on üç) manat, 90 (doxsan) qəpik məbləğindəki dəbbə pulu silinərək 0.00 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 27 oktyabr 2021-ci il tarixli müqaviləsinə əsasən 132 (bir yüz otuz iki) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 0.00 (sıfır) manat cərimə, 18 yanvar 2022-ci il tarixli müqaviləyə əsasən 132 (bir yüz otuz iki) manat, 10 (on) qəpik ödənilməmiş hissə, ödənilməmiş hissə, 0.00 (sıfır) manat cərimə olmaqla, ümumilikdə 264 (iki yüz altmış dörd) manat, 30 (otuz) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar