Məhkəmə qərarları › İş №e-2(018)-1551/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1551/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1551/2023 04.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departmeninin rəhbəri NümayəndəX iddia verərək, 28 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********21482 İphone 11 markalı telefon, Apple adapter üçün 1127 (bir min yüz iyirmi yeddi) manat, 15 (on beş) qəpik ödənilməmiş hissə, 112 (bir yüz on iki) manat, 85 (səksən beş) qəpik cərimə, ümumilikdə 1240 (bir min iki yüz qırx) manat borc və 32 (otuz iki) manat, 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 28 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********21482 İphone 11 markalı telefon, Apple adapter üçün almış və nəticədə 1240 (bir min iki yüz qırx) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2129 (iki min iki yüz iyirmi doqquz) manat, 90 (doxsan) qəpik olan İmei kodu **********21482 İphone 11 markalı telefon, Apple adapter üçün ümumilikdə 1240 (bir min iki yüz qırx) manat olmaqla, ondan 1127 (bir min yüz iyirmi yeddi) manat, 15 (on beş) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 112 (bir yüz on iki) manat, 85 (səksən beş) qəpik cərimə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1002 (bir min iki) manat, 75 (yetmiş beş) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 32 (otuz iki) manat, 40 (qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 28 avqust 2022-ci il tarixli, 13862060 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********21482 İphone 11 markalı telefon, Apple adapter almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 28 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-yə İmei kodu **********21482 İphone 11 markalı telefon, Apple adapter üçün ödənilməmiş 1127 (bir min yüz iyirmi yeddi) manat, 15 (on beş) qəpik ödənilməmiş hissə, 112 (bir yüz on iki) manat, 85 (səksən beş) qəpik cərimə, cəmi 1240 (bir min iki yüz qırx) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş əlavə ödəniş cədvəlindən görünür ki, 28 avqust 2022-ci il tarixli, 13862060 nömrəli kredit müqaviləsi üzrə isə aylıq ödəniş 110 (bir yüz on)manat,55 (əlli beş) qəpik təşkil etmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 28 avqust 2022-ci il tarixli müqaviləsi üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 28 avqust 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 112 (bir yüz on iki) manat, 85 (səksən beş) qəpik olan cərimə azaldılaraq 6 (altı) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 32 (otuz iki) manat, 40 (qırx) qəpik məbləğindəki dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 28 avqust 2022-ci il tarixli müqaviləsi üzrə 1127 (bir min yüz iyirmi yeddi) manat, 15 (on beş) qəpik ödənilməmiş hissə, 6 (altı) manat cərimə,cəmi 1133 (bir min yüz otuz üç) manat, 15 (on beş) qəpik və ödənilmiş 32 (otuz iki) manat, 40 (qırx) qəpik məbləğindəki dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia ilə bağlı qalan hissəsində təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar