Məhkəmə qərarları › İş №e-2(018)-1570/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1570/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1570/2023 25.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Süleymanlı.R.X. iddia verərək: 05.06.202-ci il tarixli müqaviləyə əsasən XİAOMİ Mİ LED TV üçün 1051 (min əlli bir) manat 86 (səksən altı) qəpik ödənilməmiş hissə, 105 (yüz beş) manat 14 (on dörd) qəpik cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********65111 SAMSUNG GALAXY A32 MARKALİ TELEFON üçün 427 (dörd yüz iyirmi yeddi) manat 04 (dörd) qəpik ödənilməmiş hissə, 42 (qırx iki) manat 96 (doxsan altı) qəpik cərimə; ümumilikdə 1627 (min altı yüz iyirmi yeddi) manat borc, 36 (otuz altı) manat 27 (iyirmi yeddi) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiymət; 13S4,8(5(bir min üç yüz əlli dörd manat, səksən altı qəpik) manat (18 ay x 75,27 manat + 0 manat ilkin ödəniş) XİAOMİ Mİ LED T’tfçür; ümumilikdə 1157 (bir min yüz əlli yeddi) manat olmaqla ondan, 1051,86 (bir min aili bir manat, səksən altı qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 105,14 (yüz beş manat, on dörd qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 757,04 (yeddi yüz əlli yeddi manat, dörd qəpik, manat (18 sy x 39,28 manat + 50 manat ilkin ödəniş) İmei kodu **********651Tİ SAMSUNG GALAXY A32 markalı telefcriiçün ümumilikdə, 470 (dörd yüz yetmiş) manat olmaqla ondan, 427,04 (dörd yüz iyirmi yeddi manat, dörd qəpik) manat ödəniimərriş hissə, güzəşt olunaraq 42,96 (qırx iki manat, doxsan altı qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 633 manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 36 (otuz altı) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 05.06.202-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən XİAOMİ Mİ LED TV almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ KODU **********65111 SAMSUNG GALAXY A32 MARKALİ TELEFON almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdehnın 05.06.202-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 1051 (min əlli bir) manat 86 (səksən altı) qəpik əsas, cərimə 105 (yüz beş) manat 14 (on dörd) qəpik, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 427 (dörd yüz iyirmi yeddi) manat 04 (dörd) qəpik ödənilməmiş hissə, 42 (qırx iki) manat 96 (doxsan altı) qəpik cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdehnın 05.06.202-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 36 (otuz altı) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05.06.202-ci il tarixli müqaviləyə əsasən 1051 (min əlli bir) manat 86 (səksən altı) qəpik ödənilməmiş hissə, 2 (iki) manat 14 (on dörd) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 427 (dörd yüz iyirmi yeddi) manat 04 (dörd) qəpik ödənilməmiş hissə, 2 (iki) manat 96 (doxsan altıı) qəpik cərimə; ümumilikdə 1484 (min dörd yüz səksən dörd) manat borc və dövlət rüsumu üçün ödənilmiş 36 (otuz altı) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar