Məhkəmə qərarları › İş №e-2(018)-166/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-166/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-166/2025 10.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 iyul 2024-cü il tarixə 290.01 manat gecikdirilmiş əsas, 140.66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 329.57 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, 99- PF-436 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 2024.88 manat, ümumilikdə 2785.12 manat borc və ödənilmiş 47.86 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Rüfət İsmayılov. Elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % mükafat məbləği hesablanmaqla 39 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 456.24 manat, ümumilikdə isə 19993 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19993 manatın 15400 manatı əsas məbləğ təşkil edir.10 avqust 2023cü il tarixdə X2, X6 və İddiaçı MMC arasında MAS-6011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X6 öz üzərinə götürmüşdür. 14 avqust 2023-cü il tarixdə X6, X4 və İddiaçı MMC arasında MAS-6011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X4 öz üzərinə götürmüşdür. 01 sentyabr 2023-cü il tarixdə X4, X6 və İddiaçı MMC arasında MAS-6011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X6 öz üzərinə götürmüşdür. 04 sentyabr 2023-cü il tarixdə X6, Cavabdeh və İddiaçı MMC arasında MAS-6011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür.Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 iyul 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 2024.88 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh MAS-6011saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 iyul 2024-cü il tarixə ümumilikdə 760.24 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir.Cavabdeh 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 10 iyul 2024-cü il tarixə 290.01 manat gecikdirilmiş əsas, 140.66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 329.57 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan, “Khazar SD” minik markalı, 99- PF-436 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 2024.88 manat, ümumilikdə 2785.12 manat borc və ödənilmiş 47.86 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmədə iştirak edən zaman iddianı qəbul etməyərək bildirmişdi ki, onun beş-altı gün gecikməsi olmuş, iddiaçı tərəfdən ona avtomobili sata biləcəyi bildirilmiş, sonradan bir nəfəri alıcı qismində gətirərək, avtomobili dayanacağa aparmışlar. Avtomobil dəyən zərər şişirdilib. Göstərilnləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etmişdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % mükafat məbləği hesablanmaqla 39 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 456.24 manat, ümumilikdə isə 19993 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19993 manatın 15400 manatı əsas məbləğ təşkil edir.10 avqust 2023cü il tarixdə X2, X6 və İddiaçı MMC arasında MAS-6011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X6 öz üzərinə götürmüşdür. 14 avqust 2023-cü il tarixdə X6, X4 və İddiaçı MMC arasında MAS-6011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X4 öz üzərinə götürmüşdür. 01 sentyabr 2023-cü il tarixdə X4, X6 və İddiaçı MMC arasında MAS-6011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X6 öz üzərinə götürmüşdür. 04 sentyabr 2023-cü il tarixdə X6, Cavabdeh və İddiaçı MMC arasında MAS-6011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İş materiallarında olan 23 avqust 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə lizinq müqaviləsi üzrə borcun könüllü olaraq ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 05 may 2025-ci il tarixli, 9/1377 №-li Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, 2019-cu il buraxılışlı “Khazar SD” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1716 manat müəyyən edilir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2019-cu il buraxılışlı, “Khazar SD” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % mükafat məbləği hesablanmaqla 39 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 456.24 manat, ümumilikdə isə 19993 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19993 manatın 15400 manatı əsas məbləğ təşkil edir.10 avqust 2023cü il tarixdə X2, X6 və İddiaçı MMC arasında MAS-6011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X6 öz üzərinə götürmüşdür. 14 avqust 2023-cü il tarixdə X6, X4 və İddiaçı MMC arasında MAS-6011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X4 öz üzərinə götürmüşdür. 01 sentyabr 2023-cü il tarixdə X4, X6 və İddiaçı MMC arasında MAS-6011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X6 öz üzərinə götürmüşdür. 04 sentyabr 2023-cü il tarixdə X6, Cavabdeh və İddiaçı MMC arasında MAS-6011 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 30 iyun 2023-cü il tarixli MAS-6011 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüş, Cavabdeh 10 iyul 2024-cü il tarixə 290 (iki yüz yüz doxsan) manat 01 qəpik məbləğində əsas borc, 140 (yüz qırx) manat 66 qəpik məbləğində mükafat, 329 manat 57 qəpik dəbbə, X3 15 sentyabr 2014-cü il tarixli L-1788 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19 fevral 2018-ci il tarixə 4551.03 manat əsas, 853.19 manat mükafat və həmin günə hesablanmış 3847.87 manat dəbbə bocu yaranmış, avtomobilə 2024.88 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Həmçinin hazırki iddianın qaldırılması üçün İddiaçı MMC tərəfindən 47 manat 86 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmin rəyi iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirərək mötəbər sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-11.1.4-cü maddəsinə əsasən lizinq verənin mükafatının məbləği lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-2.1-ci maddəsinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi tərəflər arasında lizinq münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün, 50 manat ekspertiza xərci cavabdehə aid edilməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 30 iyun 2023-cü il tarixli daxililizinq müqaviləsi üzrə 10 iyul 2024-cü il tarixə yaranmış 290 (iki yüz yüz doxsan) manat 01 qəpik məbləğində gecikdirilmiş əsas borc, 140 (yüz qırx) manat 66 qəpik məbləğində gecikdirilmiş mükafat, 19 manat 57 qəpik dəbbə, “Khazar SD” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa üçün tələb edilən 1716 (min yeddi yüz on altı) manat və dövlət rüsumu üçün ödənilmiş 47 (qırx yeddi) manat 86 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı MMC-nə ödənilməli, Cavabdeh 50 əlli) manat məbləğində ekspertiza xərci tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 30 iyun 2023-cü il tarixli daxililizinq müqaviləsi üzrə 10 iyul 2024-cü il tarixə yaranmış 290 (iki yüz yüz doxsan) manat 01 qəpik məbləğində gecikdirilmiş əsas borc, 140 (yüz qırx) manat 66 qəpik məbləğində gecikdirilmiş mükafat, 19 manat 57 qəpik dəbbə, “Khazar SD” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa üçün tələb edilən 1716 (min yeddi yüz on altı) manat və dövlət rüsumu üçün ödənilmiş 47 (qırx yeddi) manat 86 qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı MMC-nə ödənilsin. Cavabdeh 50 əlli) manat məbləğində ekspertiza xərci tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar