Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1686/2025 07.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh ümumilikdə 3596,56 (üç min beş yüz doxsan altı manat, əlli altı qəpik) manat məbləğində borcun və 55,97 (əlli beş manat, doxsan yeddi qəpik) manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrinə əsasən o, İmei kodu **********07489 HONOR 200 LİTE,QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, İmei kodu **********04517 SAMSUNG GALAXY A35, VİNİL MAT,PAKET XL xidməti, İmei kodu **********09214 İPHONE 13,APPLE ADAPTER almış və nəticədə 3596,56 (üç min beş yüz doxsan altı manat, əlli altı qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 684 (altı yüz səksən dörd) manat olan 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, hər ay 38 manat ödəmək şərti ilə İmei kodu **********07489 HONOR 200 LİTE, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün ümumilikdə 732 (yeddi yüz otuz iki) manat olmaqla, ondan 644 (altı yüz qırx dörd) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 64,40 (altmış dörd manat, qırx qəpik) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1238,22 (min iki yüz otuz səkkiz manat, iyirmi iki qəpik) manat, olan 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, hər ay 68,79 manat ödəmək şərti ilə İmei kodu **********04517 SAMSUNG GALAXY A35, VİNİL MAT, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün ümumilikdə 1303,14 (min üç yüz üç manat, on dörd qəpik) manat olmaqla, ondan 1163,22 (min yüz altmış üç manat, iyirmi iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 116,32 (yüz on altı manat,otuz iki qəpik) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1483,02 (min dörd yüz səksən üç manat, iki qəpik) manat olan 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, hər ay 82,39 manat ödəmək şərti ilə İmei kodu **********09214 İPHONE 13, APPLE ADAPTER üçün ümumilikdə 1561,42 (min beş yüz altmış bir manat,qırx iki qəpik) manat olmaqla, ondan 1398,02 (min üç yüz doxsan səkkiz manat, iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 139,80 (yüz otuz doqquz manat, səksən qəpik) manat cərimə borcu və ümumillikdə 3596,56 (üç min beş yüz doxsan altı manat, əlli altı qəpik) manat məbləğində borc yaranmışdır. Cavabdeh cəmi 200 (iki yüz) manat ödəniş etmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilədən görünür ki, o, 18 ay müddətinə, hər ay 38 (otuz səkkiz) manat ödəmək şərti ilə, ilkin ödənişi 0 (sıfır) manat olan, 684 (altı yüz səksən dörd) manat dəyərində İmei kodu **********07489 HONOR 200 LİTE, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti almışdır. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə o, 18 ay müddətinə, hər ay 68,79 (altmış səkkiz manat, yetmiş doqquz qəpik) manat ödəmək şərti ilə, ilkin ödənişi 0 (sıfır) manat olan, 1238,22 (min iki yüz otuz səkkiz manat,iyirmi iki qəpik) manat dəyərində İmei kodu **********04517 SAMSUNG GALAXY A35, VİNİL MAT, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti il xidməti almışdır. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə o, 18 ay müddətinə, hər ay 82,39 (səksən iki manat,otuz doqquz qəpik) manat ödəmək şərti ilə, ilkin ödənişi 0 (sıfır) manat olan, 1238,22 (min iki yüz otuz səkkiz manat,iyirmi iki qəpik) manat dəyərində İmei kodu **********09214 İPHONE 13, APPLE ADAPTER almışdır. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 644 (altı yüz qırx dörd) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 64,40 (altmış dörd manat, qırx qəpik) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 1163,22 (min yüz altmış üç manat, iyirmi iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 116,32 (yüz on altı manat,otuz iki qəpik) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 1398,02 (min üç yüz doxsan səkkiz manat, iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 139,80 (yüz otuz doqquz manat, səksən qəpik) manat cərimə borcu və ümumillikdə 3596,56 (üç min beş yüz doxsan altı manat, əlli altı qəpik) manat borcludur. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş, xx.xx.2025ci il tarixli arayışa əsasən mobil telefonların açılıb-bağlanılması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə ümumillikdə 70,80 (yetmiş manat,səksən qəpik) manat pul ödənilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrinin 3.4-cü bəndinə görə, müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azarbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, “müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan, ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 55,97 (əlli beş manat, doxsan yeddi qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, Cavabdeh xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrinə əsasən o, İmei kodu **********07489 HONOR 200 LİTE,QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, İmei kodu **********04517 SAMSUNG GALAXY A35, VİNİL MAT,PAKET XL xidməti, İmei kodu **********09214 İPHONE 13,APPLE ADAPTER almış və nəticədə 3596,56 (üç min beş yüz doxsan altı manat, əlli altı qəpik) manat borcu yaranmışdır. İş üzrə iddiaçı "xxxx" MMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nisyə alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan mallar almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. İddianın qismən təmin edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 64,40 (altmış dörd manat, qırx qəpik) manat məbləğində olan cərimə pulu azaldılaraq 10 (on) manat, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 116,32 (yüz on altı manat, otuz iki qəpik) manat məbləğində olan cərimə pulu azaldılaraq 15 (on beş) manat və xx.xx.2025-ci il müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 139,80 (yüz otuz doqquz manat,səksən qəpik) manat məbləğində olan cərimə pulu azaldılaraq 20 (iyirmi) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 55,97 (əlli beş manat, doxsan yeddi qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 55,97 manat məbləğində dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 54 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 644 (altı yüz qırx dörd) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 10 (on) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 1163,22 (min yüz altmış üç manat, iyirmi iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 15 (on beş) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 1398,02 (min üç yüz doxsan səkkiz manat, iki qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə borcu və ümumillikdə 3321,04 (üç min üç yüz iyirmi dörd manat, dörd qəpik) manat məbləğində borc və 54 (əlli dörd) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1686/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1686/2025
07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver