Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-179/2025 05.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İB-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixə kimi 262,04 manat məbləğində istifadə etdiyi təbii qaza görə borcun, təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış 3326,40 manat dəymiş ziyanın, ödənilmiş 55,88 manat dövlət rüsumunun cəmi 3644,32 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizələrini müdafiə etdiklərini, məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini bildirib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərmişdi ki, Cavabdeh İddiaçı Lənkəran X3 İdarəsinin Astara rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********013140 olmaqla fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh mənzilində təbii qazdan istifadə etdiyinə görə xx.xx.2024-cü il tarixə 3588,44 manat məbləğində borcu yaranmışdır. Lənkəran RQİİ-nin mütəxəssisləri tərəfindən Lənkəran RQİİ-nin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən Cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn faktlar və hallar Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən foto və video çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərnin bərpasının hesablanması” Qaydalarına əsasən Lənkəran X3i İdarəsinin mütəxəssisləri tərəfindən cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 216,00 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 3110,40 manat cavabdeh tərəfindən İddiaçı İB-yə cəmi 3326,40 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı Lənkəran RQİİ tərəfindən 3588,44 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Cavabdeh xx.xx.2024-cü il tarixə kimi 262,04 manat məbləğində istifadə etdiyi təbii qaza görə borcun, təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış 3326,40 manat dəymiş ziyanın, ödənilmiş 55,88 manat dövlət rüsumunun cəmi 3644,32 manat məbləğində pul vəsaitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran X2 İdarəsinin xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış 2160 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, Astara rayonu Ərçivan qəsəbəsində Cavabdeh məxsus təbii qazın uçotu yoxlanmış və yeraltı keçiddə 102 mm polad borudan 15mm rezin boru vasitəsilə qeyri-qanuni birləşmədən istifadə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Lənkəran X2 İdarəsinin xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış 25920 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, Astara rayonu Ərçivan qəsəbəsində Cavabdeh məxsus təbii qazın uçotu yoxlanmış və sayğaca baxış keçirilmiş və sayğacın çıxış borusunun deşildiyi müəyyən edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Astara rayonu Ərçivan qəsəbəsində Cavabdeh il müqavilə bağlanmış və “Zenner GT smart” tipli **********633 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materialına əlavə edilmiş **********13140 saylı abonentin saldosundan görünür ki, Cavabdeh məxsus sayğaca 2021-ci il üçün 216 manat, 2023-cü il üçün isə 3110 manat 40 qəpik qalıq və aktar qeyd edilmiş, həmçinin 2024-cü ilədək 262 (iki yüz altmış iki) manat 04 qəpik qaz sərfi hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, İddiaçı baş direktoru tərəfindən etibarnamədə qeyd edilən hüquqların həyata keçirilməsi İddiaçı Lənkəran X2 İdarəsinin Hüquq şöbəsinin böyük hüquq məsləhətçisi Nümayəndə etibar edilmişdir. İş materiallarında olan AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1973-cü ildə Astara rayonu Ərçivan kəndində anadan olmuşdur. İş materiallarında olan **********53 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia verilməsi üçün 55 (əlli beş) manat 88 (səksən səkkiz) qəpik dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh məxsus sayğacda olan nasazlıq və Cavabdeh yeraltı keçid vasitəsilə qeyri-qanuni birləşmədən istifadə etməsi nəticəsində İddiaçı İB-nə 640 (altı yüz qırx) manat 80 (səksən) qəpik, həmçinin 2024-cü ilədək qaz sərfinə görə 262 (iki yüz altmış iki) manat 04 qəpik maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin 3.4- cü maddəsinə əsasən, hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.2-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.2.5 və 2.3.4-cü bəndlərinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bü müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 55 (əlli beş) manat 88 (səksən səkkiz) qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh 262 (iki yüz altmış iki) manat 04 qəpik istifadə edilmiş təbii qaza borc, 3326 (üç min üç yüz iyirmi altı) manat 40 qəpik təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış ziyan və dövlət rüsumu üçün ödənilmiş 55 (əlli beş) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı İB-nin Lənkəran X2 İdarəsinin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 262 (iki yüz altmış iki) manat 04 qəpik istifadə edilmiş təbii qaza borc, 3326 (üç min üç yüz iyirmi altı) manat 40 qəpik təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış ziyan və dövlət rüsumu üçün ödənilmiş 55 (əlli beş) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı İB-nin Lənkəran X2 İdarəsinin Kapital Bank ASC Lənkəran filialı Kod:200383 VÖEN **********, MH AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-179/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-179/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver