Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1848/2025 12.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, ümumilikdə 1726,44 (min yeddi yüz iyirmi altı manat, qırx dörd qəpik) manat borcun, 37,27 (otuz yeddi manat, iyirmi yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu **********11437 İPHONE 13, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmət PAKET XL xidməti, İmei kodu **********41199 İPHONE 13, VİNİL MAT, VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA 2 İL, APPLE ADAPTER almış və nəticədə 1726,44 (min yeddi yüz iyirmi altı manat, qırx dörd qəpik) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2010.76 (iki min on manat, yetmiş altı qəpik) manat (12 ay x 139.73 manat + 334 manat ilkin ödəniş) olan İMEİ Kod **********41199 İPHONE 13, VİNİL MAT, VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, APPLE ADAPTER üçün ümumilikdə, 579.34 (beş yüz yetmiş doqquz manat, otuz dörd qəpik) manat olmaqla ondan, 526.67 (beş yüz iyirmi altı manat, altmış yeddi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 52.67 (əlli iki manat, altmış yeddi qəpik) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1788 (min yeddi yüz səksən səkkiz manat) manat (12 ay x 149 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kod **********11437 İPHONE 13, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XL xidməti üçün ümumilikdə, 1147.10 (min yüz qırx yeddi manat, on qəpik) manat olmaqla ondan, 1042.82 (min qırx iki manat, səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 104.28 (yüz dörd manat, iyimi səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh cəmi 2229,27 (iki min iki yüz iyirmi doqquz manat, iyirmi yeddi qəpik) manat ödəniş etmişdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 03229572 nömrəli müqavilədən görünür ki, o, 12 ay müddətinə, hər ay 139,73 manat ödəmək şərti ilə, ilkin ödənişi 334 manat olan, 2010,76 (iki min on manat, yetmiş altı qəpik) manat dəyərində İMEİ Kod **********41199 İPHONE 13, VİNİL MAT, VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, APPLE ADAPTER almışdır. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** nömrəli müqavilənin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, o, 12 ay müddətinə, hər ay 149 manat ödəmək şərti ilə, ilkin ödənişi 0 (sıfır) manat olan, 1788 (min yeddi yüz səksən səkkiz) manat dəyərində İMEİ Kod **********11437 İPHONE 13, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, PAKET XL xidməti almışdır. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 1042.82 (min qırx iki manat, səksən iki qəpik) manat ödənilməmiş hissə, 104.28 (yüz dörd manat, iyirmi səkkiz qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 526.67 (beş yüz iyirmi altı manat, altmış yeddi qəpik) manat ödənilməmiş hissə, 52.67 (əlli iki manat, altmış yeddi qəpik) manat cərimə borcu, Ümumilikdə 1726.44 (min yeddi yüz iyirmi altı manat, qırx dörd qəpik) manat borcludur. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktublarının məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan, ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 37,27 (otuz yeddi manat, iyirmi yeddi qəpik) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrinin 3.4-cü bəndinə görə, müştəri müqavilənin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tətbiq edə, “müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, müqavilənin 3.4 və 3.14-cü bəndlərinin icrası ilə əqaədar “ABC” əlavə ödənişlər tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, Cavabdeh xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu **********11437 İPHONE 13, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmət PAKET XL xidməti, İmei kodu **********41199 İPHONE 13, VİNİL MAT,VİNİL ŞƏFFAF, QİZİL ZƏMANƏT ULTRA 2 İL, APPLE ADAPTER almış və nəticədə 1726,44 (min yeddi yüz iyirmi altı manat, qırx dörd qəpik) manat borc yaranmışdır. İş üzrə iddiaçı "xxxx" MMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Qeyd olunan müqavilə və sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nisyə alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan mallar almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. İddianın qismən təmin edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 52,67 (əlli iki manat, altmış yeddi qəpik) manat məbləğində olan cərimə pulu azaldılaraq 10 (on) manat, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən iddiaçının iddia etdiyi 104,28 (yüz dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində olan cərimə pulu azaldılaraq 15 (on beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 37,27 (otuz yeddi manat, iyirmi yeddi qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 526,67 (beş yüz iyirmi altı manat, iyirmi yeddi qəpik) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən 1042,82 (min qırx iki manat, səksən iki qəpik) manat ödənilməmiş hissə, 15 (on beş) manat cərimə borcu ümumilikdə 1594,49 (min beş yüz doxsan dörd manat, qırx doqquz qəpik) manat məbləğində pul və 37,27 (otuz yeddi manat, iyirmi yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1848/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1848/2025
12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver