Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-191/2024 19.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Süleymanlı.R.X iddia verərək:
1. 25 mart 2023-cü il tarixli müqaviləsinə əsasən HP 255G7 komputer, HP İNK TANK 415 Printer,Windows 11 Home, Edifier M101 BT səsucaldan üçün 1228 (bir min iki yüz iyirmi səkkiz) manat, 56 (əlli altı) qəpik ödənilməmiş hissə, 122 (yüz iyirmi iki) manat, 44 (qırx dörd) qəpik cərimə;
2. 26 mart 2023-cü il tarixli müqaviləsinə əsasən Edifier R980T üçün 96 (doxsan altı) manat, 37 (otuz yeddi) qəpik ödənilməmiş hissə, 9 (doqquz) manat, 63 (altmış üç) qəpik cərimə, ümumilikdə 1457 (bir min dörd yüz əlli yeddi) manat borc və 34 (otuz dörd) manat, 57 (əlli yeddi) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 25 mart 2023-cü il tarixli və 26 mart 2023-cü il tarixli müqaviləsinə əsasən, HP 255G7 komputer, HP İNK TANK 415 Printer,Windows 11 Home, Edifier M101 BT səsucaldan, Edifier R980T almış və nəticədə 1457 (bir min dörd yüz əlli yeddi) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25 mart 2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2052 (iki min əlli iki) manat, 96 (doxsan altı) qəpik HP 255G7 komputer, HP İNK TANK 415 Printer, Windows 11 Home, Edifier M101 BT səsucaldan üçün ümumilikdə 1351 (bir min üç yüz əlli bir) manat olmaqla, ondan 1228 (bir min iki yüz iyirmi səkkiz) manat, 56 (əlli altı) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 122 (yüz iyirmi iki) manat, 44 (qırx dörd) qəpik cərimə; 26 mart 2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 128 (bir yüz iyirmi səkkiz) manat, 04 (dörd) qəpik Edifier R980T üçün ümumilikdə 106 (bir yüz altı) manat olmaqla, ondan 96 (doxsan altı) manat, 37 (otuz yeddi) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 96 (doxsan altı) manat, 37 (otuz yeddi) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdeh 25 mart 2023-cü tarixli müqaviləsinə əsasən WİNDOWS 11 HOME və EDİFİER M101BT səsucaldan 26 mart 2023-cü il tarixində imtina etmiş və məhsul 415 (dörd yüz on beş) manat, 99 (doxsan doqquz) qəpik qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 25 mart 2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 408 (dörd yüz səkkiz) manat, 41 (qırx bir) qəpik məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 415 (dörd yüz on beş) manat, 99 (doxsan doqquz) qəpik, ümumilikdə 824 (səkkiz yüz iyirmi dörd) manat, 40 (qırx) qəpik təşkil edir. Cavabdehlə aramızda bağlanılmış 25 mart 2023-ci il və 26 mart 2023-ci il tarixli müqavilələrinin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 31 (otuz bir) manat, 67 (altmış yeddi) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 34 (otuz dörd) manat, 57 (əlli yeddi) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 25 mart 2023-cü il tarixli, 02073405 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən HP 255G7 komputer, HP 255G7 komputer, HP İNK TANK 415 Printer, Windows 11 Home, Edifier M101 BT səsucaldan almışdır. İş materiallarına əlavə olunmuş 26 mart 2023-cü il tarixli, 02073417 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən Edifier R980T almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 25 mart 2023-cü il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 1228 (bir min iki yüz iyirmi səkkiz) manat, 56 (əlli altı) qəpik ödənilməmiş hissə, 122 (yüz iyirmi iki) manat, 44 (qırx dörd) qəpik cərimə; 26 mart 2023-cü il tarixli müqaviləsinə əsasən Edifier R980T üçün 96 (doxsan altı) manat, 37 (otuz yeddi) qəpik ödənilməmiş hissə, 9 (doqquz) manat, 63 (altmış üç) qəpik cərimə, ümumilikdə 1457 (bir min dörd yüz əlli yeddi) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 25 mart 2023-cü il tarixli, 02073405 nömrəli və 26 mart 2023-cü il tarixli, 02073417 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 25 mart 2023-cü il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 122 (yüz iyirmi iki) manat, 44 (qırx dörd) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 3 (üç) manat həddində, 26 mart 2023-cü il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 9 (doqquz) manat, 63 (altmış üç) qəpik məbləğindəki dəbbə pulu silinərək 0.00 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 34 (otuz dörd) manat, 57 (əlli yeddi) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 25 mart 2023-cü il tarixli müqaviləsinə əsasən 1228 (bir min iki yüz iyirmi səkkiz) manat, 56 (əlli altı) qəpik ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 26 mart 2023cü il tarixli müqaviləsinə əsasən 96 (doxsan altı) manat, 37 (otuz yeddi) qəpik ödənilməmiş hissə, 0.00 (sıfır) manat cərimə, ümumilikdə 1327 (bir min üç yüz iyirmi yeddi) manat, 93 (doxsan üç) qəpik borc, ödənilmiş 34 (otuz dörd) manat, 57 (əlli yeddi) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov