Məhkəmə qərarları › İş №e-2(018)-195/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-195/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-195/2024 24.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsi hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borc tələbinə dair» iddia qaldıraraq xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 45,4 AZN əsas 6,8 AZN cərimə cəmi 52,2 AZN borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 153,2 AZN əsas 22,9 AZN cərimə cəmi 176,1 AZN borc ümumilikdə iki müqavilə üzrə 198,6 AZN əsas, 29,7 AZN cərimə, 228,3 AZN cəmi borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh ndan tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli № ********* saylı. Müqavilənin məbləği: 99.90 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 17.00 AZN 6 ay Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): " Honor" markalı qulaqcıq. Son ödəniş məbləği və tarixi: 16.00 AZN 8/19/2023. Cavabdeh nun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 45.40 AZN 68.00 AZN. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilərı borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödəniiir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: Cavabdeh tərəfindən ödənilməli cərimə: Tutulmalı olan cəmi məbləğ: 90% 6.80 AZN 52.20 AZN. 2 Müqavilənin nömrəsi və tarixi: xx.xx.2023-cü il tarixli №011298819 saylı Müqavilənin məbləği: 626.20 AZN Müqavilənin aylıq ödənişi, müddəti: 53.00 AZN 12 ay. Müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsullar: samsung markalı telefonlar. Son ödəniş məbləği və tarixi: 89.00 AZN 10/7/2023. Cavabdeh nun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 153.20 AZN 229.00 AZN. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc Cərimə məbləğinə tətbiq edilmiş güzəşt Cavabdeh tərəfindən ödənilməli cərimə: Tutulmalı olan cəmi məbləğ. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsindən və xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi görünür ki, cavabdehin ümumilikdə iki müqavilə üzrə 198,6 AZN əsas, 29,7 AZN cərimə, 228,3 AZN cəmi borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcunun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 45 (qırx beş) manat 40 qəpik əsas borc, 01(bir) manat 80 qəpik cərimə, cəmi 46 (qırx altı) manat 20 qəpik məbləğdə borc, xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 153 (yüz əlli üç) manat 20 qəpik əsas borc, 02 (iki) manat 90 qəpik cərimə, cəmi 155 (yüz əlli beş) manat 10 qəpik məbləğdə borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar