Məhkəmə qərarları › İş №e-2(018)-198/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-198/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-198/2024 25.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Süleymanlı.R.X. iddia verərək: xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən TOSHİBA LED TV üçün 174 (yüz yetmiş dörd) manat 88 (səksən səkkiz) qəpik ödənilməmiş hissə, 17 (on yeddi) manat 12 (on iki) qəpik cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İMEİ KODU **********51188 SAMSUNG GALAXY A13 MARKALİ TELEFON üçün 107 (yüz yeddi) manat 78 (yetmiş səkkiz) qəpik ödənilməmiş hissə, 10 (on) manat 22 (iyirmi iki) qəpik cərimə; ümumilikdə 310 (üç yüz on) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, cavabdeh, "xxxx" MMC İİxx.xx.2021-Cİ il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, TOSHİBALED TVjMEİ KOD **********51188 SAMSUNG GALAXY A13 markalı telefon görə 310(üçyüz on) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 670.08 (altı yüz yetmiş manat səkkiz qəpik) manat (24 ayx 27.92 manat + 0 manat ilkin ödəniş) TOSHİBA LED TV/çün ümumilikdə, 192 (yüz doxsan iki) manat olmaqla, ondan, 174.88 (yüz yetmiş dörd manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 17.12 (on yeddi manat on iki qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 485.1 (dörd yüz səksən beş manat on qəpik) manat (18 ay x 26.95 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********51188 SAMSUNG GALAXY A13 markalı telefoıpün ümumilikdə, 118 (yüz on səkkiz) manat olmaqla, ondan, 107.78 (yüz yeddi manat yetmiş səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.22 (on manat iyirmi iki qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 872.52 manat təşkil edir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən TOSHİBA LED TV almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ KODU **********51188 SAMSUNG GALAXY A13 MARKALİ TELEFON almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 174 (yüz yetmiş dörd) manat 88 (səksən səkkiz) qəpik əsas, cərimə 17 (on yeddi) manat 12 (on iki) qəpik, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 107 (yüz yeddi) manat 78 (yetmiş səkkiz) qəpik ödənilməmiş hissə, 10 (on) manat 22 (iyirmi iki) qəpik cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 174 (yüz yetmiş dörd) manat 88 (səksən səkkiz) qəpik ödənilməmiş hissə, 1 (bir) manat 12 (on iki) qəpik cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 107 (yüz yeddi) manat 78 (yetmiş səkkiz) qəpik ödənilməmiş hissə, 2 (iki) manat 22 (iyirmi iki) qəpik cərimə; ümumilikdə 286 (iki yüz səksən altı) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar