Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-202/2024 19.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borc tələbinə dair» iddia qaldıraraq 15 noyabr 2023-cü il tarixinə yaranmış 03 may 2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 504 (beş yüz dörd) manat, 10 (on) qəpik əsas, 75 (yetmiş beş) manat, 60 (altmış) qəpik cərimə borcu, ümumillikdə 579 (beş yüz yetmiş doqquz) manat, 70 (yetmiş) qəpik və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 may 2023-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh 504 (beş yüz dörd) manat, 10 (on) qəpik dəyərində olan «Honor» markalı telefon, «Honor» markalı qulaqcıq və aksesuarlara görə 12 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 43 manat ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, müqavilə üzrə cəmi qalıq qalmış borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin 03 may 2023-cü il tarixli müqavilə üzrə hesablanmış cərimə məbləğinin miqdarı 756 (yeddi yüz əlli altı) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90% iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%, yəni 75 (yetmiş beş) manat, 60 (altmış) qəpik "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 03 may 2023-cü il tarixli, ********* saylı nisyə alqısatqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh 504 (beş yüz dörd) manat, 10 (on) qəpik dəyərində olan aldığı «Honor» markalı telefon, «Honor» markalı qulaqcıq və aksesuarlara görə 12 ay müddətinə ödəniş cədvəli üzrə hər ay 43 (qırx üç) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 15 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-ə 03 may 2023-cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 15 noyabr 2023-cü il tarixinə 504 (beş yüz dörd) manat, 10 (on) qəpik əsas, 756 (yeddi yüz əlli altı) manat cərimə borcu, ümumillikdə 1260 (bir min iki yüz altmış) manat, 10 (on) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən iki müqavilə üzrə yaranmış borcunun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 03 may 2023-cü il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 75 (yetmiş beş) manat 60 (altmış) qəpik cərimə borcu azaldılaraq 05 (beş) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 may 2023-cü il tarixli müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 504 (beş yüz dörd) manat, 10 (on) qəpik əsas, 05 (beş) manat cərimə borcu, ümumillikdə 509 (beş yüz doqquz) manat, 10 (on) qəpik və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-202/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-202/2024
19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver