Məhkəmə qərarları › İş №e-2(018)-204/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-204/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-204/2024 29.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Süleymanlı.R.X. iddia verərək: xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********61179 SAMSUNG GALAXY A02 MARKALİ TELEFON üçün 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən AİWA AT-X80S BLACK MARKALİ TELEFON üçün 166 (yüz altmış altı) manat 10 (on) qəpik ödənilməmiş hissə, 16 (on altı) manat 90 (doxsan) qəpik cərimə; ümumilikdə 279 (iki yüz yetmiş doqquz) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh ABC TELECOM” MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, İmei kodu **********6 SAMSUNG GALAXY AQ2 markalı telefon, AİWAAT-X80S BLACK markalı qulaqtedrnış və nəticədə 279 (iki yüz yetmiş doqquz) «manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 96 (dox altı) manat (12 ay x 8 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********61179 SAMSUNG GALAXY A02 markalı teleforti ümumilikdə 96 (doxsan altı) manat olmaqla ondan, 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 8 (səkkiz) mr cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 341.1 (üç yüz qırx bir manat, on qəpik) manat (18ayx 18.95 ma + 0 manat ilkin ödəniş) AİWAAT- X80S BLACK markalı qulaqlıqüçün ümumilikdə, 183 (yüz səksən üç) manat olmaqla ondan, 16 (yüz altrmş altı amant, on qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 16.9 (on altı manat, doxsan qəpik) manat cəri miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 183 manat təşkil edir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ KODU **********61179 SAMSUNG GALAXY A02 MARKALİ TELEFON almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən AİWA AT-X80S BLACK MARKALİ TELEFON almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdehnın xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 88 (səksən səkkiz) manat əsas, cərimə 8 (səkkiz) manat, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 166 (yüz altmış altı) manat 10 (on) qəpik ödənilməmiş hissə, 16 (on altı) manat 90 (doxsan) qəpik cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdehnın xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 88 (səksən səkkiz) manat ödənilməmiş hissə, 01 (bir) manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 166 (yüz altmış altı) manat 10 (on) qəpik ödənilməmiş hissə, 2 (iki) manat 90 (doxsan) qəpik cərimə; ümumilikdə 258 (iki yüz əlli səkkiz) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar