Məhkəmə qərarları › İş №e-2(018)-2062/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-2062/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-2062/2025 27.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh ümumilikdə 1549,57 (min beş yüz qırx doqquz manat, əlli yeddi qəpik) manat məbləğində borcun və 35,50 (otuz beş manat, əlli qəpik) manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 610,2 (altı yüz on manat, iyirmi qəpik) manat olan, 18 ay müddətinə, aylıq 33,9 manat olmaqla, ilkin ödəniş 0 manat olan İmei kod **********29481 POCO M6 , PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 372,90 (üç yüz yetmiş iki manat, doxsan qəpik) manat olmaqla ondan, 339 (üç yüz otuz doqquz) manat ödənilməmiş hissə, 33,9 (otuz üç manat, doxsan qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 590,94 (beş yüz doxsan manat, doxsan dörd qəpik) manat olan, 18 ay müddətinə, aylıq 32.83 manat olmaqla, ilkin ödəniş 0 manat olan İmei kod **********69354 OPPO A60 üçün 304.82 (üç yüz dörd manat, səksən iki qəpik) manat olmaqla, ondan 277,11 (iki yüz yetmiş yeddi manat, on bir qəpik) manat ödənilməmiş hissə, 27,71 (iyirmi yeddi manat, yetmiş bir qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 329,94 (üç yüz iyirmi doqquz manat, doxsan dörd qəpik) manat olan, 18 ay müddətinə, aylıq 18,33 manat olmaqla, ilkin ödəniş 0 manat olan QAZAN DƏSTİ DELUCA üçün 302,45 (üç yüz iki manat, qırx beş qəpik) manat olmaqla, ondan 274,95 (iki yüz yetmiş dörd manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə, 27,50 (iyirmi yeddi manat, əlli qəpik) manat cərimə pulu; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 235,62 (iki yüz otuz beş manat, altmış iki qəpik) manat olan, 18 ay müddətinə, aylıq 13,09 manat olmaqla, ilkin ödəniş 0 manat olan 2 ədəd QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, ƏT ÇƏKƏN GORENJE, ÜTÜ PHİLİPS üçün 215,99 (iki yüz on beş manat, doxsan doqquz qəpik) manat olmaqla, ondan 196,35 (yüz doxsan altı manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, 19,64 (on doqquz manat, altmış dörd qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 221,04 (iki yüz iyirmi bir manat, dörd qəpik) manat olan, 18 ay müddətinə, aylıq 12,28 manat olmaqla, ilkin ödəniş 81 manat olan QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, TOZSORAN SAMSUNG üçün 202,62 (iki yüz iki manat, altmış iki qəpik) manat olmaqla, ondan 184,2 (yüz səksən dörd manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 18,42 (on səkkiz manat, qırx iki qəpik) manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 164,88 (yüz altmış dörd manat, səksən səkkiz qəpik) manat olan, 12 ay müddətinə, aylıq 13,74 manat olmaqla, ilkin ödəniş 0 manat olan 3 ədəd URBANİSTA qulaqlıq üçün 150,80 (yüz əlli manat, səksən qəpik ) manat olmaqla, ondan 137,09 (yüz otuz yeddi manat, doqquz qəpik) manat ödənilməmiş hissə, 13,71 (on üç manat, yetmiş bir qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 743,92 (yeddi yüz qırx üç manat, doxsan iki qəpik) manat təşkil edir. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18714457 saylı müqavilə və ona Əlavədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 590,94 (beş yüz doxsan dörd manat, doxsan dörd qəpik) manat olan, 18 ay müddətinə, aylıq ödəniş 32,83 (otuz iki manat, səksən üç qəpik) manat olmaqla, ilkin ödəniş 0 manat olan İmei kod **********69354 OPPO A60 markalı telefon almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, müqavilə və ona əlavədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 610,2 (altı yüz on manat, iyirmi qəpik) manat olan, 18 ay müddətinə, aylıq 33,90 (otuz üç manat, doxsan qəpik) manat, ilkin ödəniş 0 manat olmaqla, İmei kod **********29481 POCO M6 , PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, bildirişdən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 329,94 (üç yüz iyirmi doqquz manat, doxsan dörd qəpik) manat olan, 18 ay müddətinə, aylıq 18,33 (on səkkiz manat, otuz üç qəpik) manat, ilkin ödəniş 0 manat olmaqla, QAZAN DƏSTİ DELUCA almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, bildirişdən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 235,62 (iki yüz otuz beş manat, altmış iki qəpik) manat olan, 18 ay müddətinə, aylıq 13,09 (on üç manat, doqquz qəpik) manat, ilkin ödəniş 0 manat olmaqla, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, ƏT ÇƏKƏN GORENJE, ÜTÜ PHİLİPS almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, bildirişdən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 221,04 (iki yüz iyirmi bir manat, dörd qəpik) manat olan, 18 ay müddətinə, aylıq 12,28 (on iki manat, iyirmi səkkiz qəpik) manat, ilkin ödəniş 81 (səksən bir) manat olmaqla, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, TOZSORAN SAMSUNG almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, bildirişdən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 164,88 (yüz altmış dörd manat, səksən səkkiz qəpik) manat olan, 18 ay müddətinə, aylıq 13,74 (on üç manat, yetmiş dörd qəpik) manat, ilkin ödəniş 0 manat olmaqla, 3 ədəd URBANİSTA qulaqlıq almışdır. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ümumilikdə 1549,57 (min beş yüz qırx doqquz manat, əlli yeddi qəpik) manat borcludur. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan, ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 35,50 (otuz beş manat, əlli qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, Cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələr bağlanmış və nəticədə cavabdehin almış olduğu əşyalara görə 1549,57 (min beş yüz qırx doqquz manat, əlli yeddi qəpik) manat borcu yaranmışdır. İş üzrə iddiaçı "xxxx" MMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nisyə alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan mallar almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. İddianın qismən təmin edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi 27,71 (iyirmi yeddi manat, yetmiş bir qəpik) manat, 33,90 (otuz üç manat, doxsan qəpik) manat, 27,50 (iyirmi yeddi manat, əlli qəpik) manat, 19,64 (on doqquz manat, altmış dörd qəpik) manat, 18,42 (on səkkiz manat, qırx iki qəpik) manat və 13,71 (on üç manat, yetmiş bir qəpik) manat məbləğində cərimə borcları silinərək müvafiq olaraq 5 (beş) manat, 6 (altı) manat, 4 (dörd) manat, 3 (üç) manat, 2 (iki) manat və 3 (üç) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 35,50 (otuz beş manat, əlli qəpik ) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 35,50 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 34,31 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284- 5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 277,11 (iki yüz yetmiş yeddi manat,on bir qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 339 (üç yüz otuz doqquz) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 274,95 (iki yüz yetmiş dörd manat, doxsan beş qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 196,35 (yüz doxsan altı manat, otuz beş qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 184,20 (yüz səksən dörd manat, iyirmi qəpik) manat, 2 (iki) manat, və xx.xx.2025ci il tarixli müqaviləyə 137,09 (yüz otuz yeddi manat, doqquz qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu olmaqla, ümumilikdə 1431,7 (min dörd yüz otuz bir manat, yetmiş qəpik) manat məbləğində borc və 34,31 (otuz dörd manat, otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar