Məhkəmə qərarları › İş №e-2(018)-218/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-218/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-218/2024 11.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc məbləğinin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin direktoru M.Aslanov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC -nin xeyrinə 13 sentyabr 2023-cü il tarixli, 2777 nömrəli nisyə alqı-satqı haqqında müqaviləyə əsasən 11180 (on bir min yüz səksən) manat məbləğində əsas borcun, 40 manat məbləğində yol xərcinin, 124 manat dövlət rüsumunun, cəmi 11344 (on bir min üç yüz qırx dörd) manat borcun tutulması barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddialarının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı MMC direktoru M.Aslanov idddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə fiziki şəxs Cavabdeh arasında 13,09,2023-cü il tarixli, 2777 nömrəli «Nisyə alqı-satqı haqqında» müqavilə bağlanmışdır. Tərəflər arasında çağlanmış «Müqavi!ə»yə əsasən Satış obyekti olan yeni (işlənməmiş) “Eıos Trio” cihazı və öncədən görünüşləri razılaşdırmış hədiyyələr xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh qızuıa təhvil verilmişdir. Bildirirlər ki, xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktı Cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasan o, “təhvil aldığı predmellər in (əşyaların, cihazların və ya məhsulların) öz funksiyaların tam şəkildə yerinə yetirdikləri və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını ”təsdiq etmişdir.Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli «Müqavilə»nin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 13200 (on üç min iki yüz) manat müəyyən edilmişdir. «Müqavilə Əlavəsinin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh tərəfindən hissə-hissə olmaqla ümumilikdə 2020 (iki min iyirmi) manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, xx.xx.2023-cü il tarixdə 509 (beş yüz doqquz) manat ödəniş icra edilməli idi. Lakin cavabdeh tərəfindən ödəniş, öhdəliyi icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun dlaraq' Cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd etmək istəyirik ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. ‘Hesab edirik ki, yuxanda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla aşağıdakı hüquqi əsaslara görə iddia ərizəsi tam təmin edilməlidir.İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2777 nömrəli «Nisyə alqı-satqı haqqında» Müqavilə üzrə qalıq ümumi borc məbləği olaın 11180 (on bir min yüz səksən) manat borcun, 40 (qırx) manat yol xərcinin və 124 (yüz iyirmi dörd) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 11344 (on bir min üç yüz qırx dörd) məbləğin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, həmin cihazla pul qazana bilməmiş və müştərilər cihazı pislədiklərdən həmin cihazı İddiaçı MMC-nə qaytarmışdır. Hazırda işləmir və ovladını özü böyüdür. Borcu qaytarmaq imkanına malik deyildir.İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli, 2777 nömrəli nisyə alqı-satqı haqqında müqaviləyə əsasən İddiaçı MMC tərəfindən satış obyekti olan yeni (işlənməmiş) “Eıos Trio” cihazı və öncədən görünüşləri razılaşdırmış hədiyyələr xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli, 2777 nömrəli nisyə alqı-satqı haqqında müqavilə əlavəsindən görünür ki, xx.xx.2023- cü il tarixdə 1000 manat ödənişdən sonra qalıq məbləğ 12200 manat təşkil edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçı İNEX” MMC -dən Satış obyekti olan yeni (işlənməmiş) “Eıos Trio” cihazı və öncədən görünüşləri razılaşdırmış hədiyyələr xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə təhvil almış və və həmin cihaz sifarişçiyə təhvil verildiyi tarixdən etibarən sifarişçi tərəfindən tam şəkildə ödənilməsini öhdəsinə götürülmüşdür.Lakin cavabdeh öhdəliyini lazımı qaydada icra etməyərək, yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı MMC borc məbləğini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmədə iddiaçı iddianın yol xərci hissəsində sübutları məhkəməyə təqdim edə bilmədi. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 11180 (on bir min yüz səksən) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023- cü il tarixli müqaviləyə əsasən 11180 (on bir min yüz səksən) manat əsas borc və dövlət rüsumu üçün ödənilmiş 124 (yüz iyirmi dörd) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar