Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-223/2024 05.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Süleymanlı.R.X iddia verərək:
1. 23 iyun 2022-ci il tarixli müqaviləsinə əsasən Huawei Freebuds 4 qulaqlıq üçün 278 (iki yüz yetmiş səkkiz) manat, 04 (dörd) qəpik ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat, 96 (doxsan altı) qəpik cərimə;
2. 15 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********99821 Xiaomi Redmi 10C markalı telefon üçün 427 (dörd yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə, ümumilikdə 775 (yeddi yüz yetmiş beş) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 23 iyun 2022-ci il tarixli və 15 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********99821 Xiaomi Redmi 10C markalı telefon, Huawei Freebuds 4 qulaqlıq almış və nəticədə 775 (yeddi yüz yetmiş beş) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23 iyun 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 374 (üç yüz yetmiş dörd) manat, 04 (dörd) qəpik Huawei Freebuds 4 qulaqlıq üçün ümumilikdə 306 (üç yüz altı) manat olmaqla, ondan 278 (iki yüz yetmiş səkkiz) manat, 04 (dörd) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 27 (iyirmi yeddi) manat, 96 (doxsan altı) qəpik cərimə; 15 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 570 (beş yüz yetmiş) manat, İmei kodu **********99821 Xiaomi Redmi 10C markalı telefon üçün ümumilikdə 469 (dörd yüz altmış doqquz) manat olmaqla, ondan 427 (dörd yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 42 (qırx iki) manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 239 (iki yüz otuz doqquz) manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 23 iyun 2022-ci il tarixli, 04801505 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən Huawei Freebuds 4 qulaqlıq almışdır. İş materiallarına əlavə olunmuş 15 iyul 2022-ci il tarixli, 03452292 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********99821 Xiaomi Redmi 10C markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 23 iyun 2022-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə Huawei Freebuds 4 qulaqlıq üçün ödənilməmiş 278 (iki yüz yetmiş səkkiz) manat, 04 (dörd) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 27 (iyirmi yeddi) manat, 96 (doxsan altı) qəpik cərimə; 15 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********99821 Xiaomi Redmi 10C markalı telefon üçün 427 (dörd yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 42 (qırx iki) manat cərimə, ümumilikdə 775 (yeddi yüz yetmiş beş) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 23 iyun 2022-ci il tarixli, 04801505 nömrəli və 15 iyul 2022-ci il tarixli, 03452292 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 23 iyun 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 27 (iyirmi yeddi) manat, 96 (doxsan altı) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 3 (üç) manat həddində, 15 iyul 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 42 (qırx iki) manat məbləğindəki dəbbə pulu silinərək 3 (üç) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 23 iyun 2022-ci il tarixli müqaviləsinə əsasən 278 (iki yüz yetmiş səkkiz) manat, 04 (dörd) qəpik ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 15 iyul 2022-ci il tarixli müqaviləsinə əsasən 427 (dörd yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, ümumilikdə 711 (yeddi yüz on bir) manat, 04 (dörd) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov