Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-234/2024 09.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Süleymanlı.R.X iddia verərək:
1. 30 may 2022-ci il tarixli müqaviləsinə İmei kodu **********99303 X1 11 markalı telefon üçün 242 (iki yüz qırx iki) manat, 19 (on doqquz) qəpik ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat, 81 (səksən bir) cərimə;
2. 03 oktyabr 2022-ci il tarixli müqaviləsinə İmei kodu **********37880 Samsung Galaxy A23 markalı telefon üçün 228 (iki yüz iyirmi səkkiz) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 22 (iyirmi iki) manat, 80 (səksən) qəpik cərimə, ümumilikdə 518 (beş yüz on səkkiz) manat borc və 30 (otuz dörd) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 30 may 2022-ci il tarixli və 03 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********99303 X1 11 markalı telefon, İmei kodu **********37880 Samsung Galaxy A23 markalı telefon almış və nəticədə 518 (beş yüz on səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 30 may 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 777 (yeddi yüz yetmiş yeddi) manat, 06 (altı) qəpik İmei kodu **********99303 X1 11 markalı telefon üçün ümumilikdə 267 (iki yüz altmış yeddi) manat olmaqla, ondan 242 (iki yüz qırx iki) manat, 19 (on doqquz) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 24 (iyirmi dörd) manat, 81 (səksən bir) qəpik cərimə; 03 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 690 (altı yüz doxsan) manat, İmei kodu **********37880 Samsung Galaxy A23 markalı telefon üçün ümumilikdə 251 (iki yüz əlli bir) manat olmaqla, ondan 228 (iki yüz iyirmi səkkiz) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 22 (iyirmi iki) manat, 80 (səksən) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 996 (doqquz yüz doxsan altı) manat, 67 (altmış yeddi) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 30 may 2022-ci il tarixli, 02091477 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********99303 X1 11 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 03 oktyabr 2022-ci il tarixli, 10742832 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********37880 Samsung Galaxy A23 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 30 may 2022-ci il tarixli müqaviləsinə İmei kodu **********99303 X1 11 markalı telefon üçün 242 (iki yüz qırx iki) manat, 19 (on doqquz) qəpik ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat, 81 (səksən bir) cərimə; 03 oktyabr 2022-ci il tarixli müqaviləsinə İmei kodu **********37880 Samsung Galaxy A23 markalı telefon üçün 228 (iki yüz iyirmi səkkiz) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 22 (iyirmi iki) manat, 80 (səksən) qəpik cərimə, ümumilikdə 518 (beş yüz on səkkiz) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 30 may 2022-ci il tarixli, 02091477 nömrəli və 03 oktyabr 2022-ci il tarixli, 10742832 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 30 may 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 24 (iyirmi dörd) manat, 81 (səksən bir) məbləğindəki dəbbə pulu azaldılaraq 3 (üç) manat həddində, 03 oktyabr 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 22 (iyirmi iki) manat, 80 (səksən) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 2 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 30 may 2022-ci il tarixli müqaviləsinə əsasən 242 (iki yüz qırx iki) manat, 19 (on doqquz) qəpik ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 03 oktyabr 2022-ci il tarixli müqaviləsinə əsasən 228 (iki yüz iyirmi səkkiz) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə, ümumilikdə 475 (dörd yüz yetmiş beş) manat, 39 (otuz doqquz) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMCyə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov