Məhkəmə qərarları › İş №e-2(018)-251/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-251/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-251/2024 09.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Süleymanlı.R.X iddia verərək:

1. 16 dekabr 2022-ci il tarixli müqaviləsinə İmei kodu **********60322 Huawei Nova Y70 markalı telefon,Vinil Mat,Vinil Şəffaf üçün İmei kodu **********60322 Huawei Nova Y70 markalı telefon,Vinil Mat,Vinil Şəffaf 514 (beş yüz on dörd) manat, 95 (doxsan beş) qəpik ödənilməmiş hissə, 51 (əlli bir) manat, 05 (beş) qəpik cərimə;

2. 16 dekabr 2022-ci il tarixli müqaviləsinə İmei kodu **********65612 Samsung Galaxy A04S,Vinil Mat, Vinil Şəffaf üçün 356 (üç yüz əlli altı) manat, 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, 35 (otuz beş) manat, 08 (səkkiz) qəpik cərimə, ümumilikdə 958 (doqquz yüz əlli səkkiz) manat borc və 30 (otuz dörd) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 16 dekabr 2022-ci il tarixli və 16 dekabr 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********60322 Huawei Nova Y70 markalı telefon,Vinil Mat,Vinil Şəffaf almış və nəticədə 958 (doqquz yüz əlli səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16 dekabr 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 733 (yeddi yüz otuz üç) manat, 95 (doxsan beş) qəpik İmei kodu **********60322 Huawei Nova Y70 markalı telefon,Vinil Mat,Vinil Şəffaf üçün ümumilikdə 566 (beş yüz altmış altı) manat olmaqla, ondan 514 (beş yüz on dörd) manat, 95 (doxsan beş) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 51 (əlli bir) manat,05 (beş) qəpik cərimə;16 dekabr 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 690 (altı yüz doxsan) manat, İmei kodu **********65612 Samsung Galaxy A04S,Vinil Mat, Vinil Şəffaf üçün ümumilikdə 251 (iki yüz əlli bir) manat olmaqla, ondan 356 (üç yüz əlli altı) manat, 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 35 (otuz beş) manat, 08 (səkkiz) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 437 (dörd yüz otuz yeddi) manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 16 dekabr 2022-ci il tarixli, 03213125 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********60322 Huawei Nova Y70 markalı telefon,Vinil Mat,Vinil Şəffaf almışdır. İş materiallarına əlavə olunmuş 16 dekabr 2022-ci il tarixli, ********* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********65612 Samsung Galaxy A04S,Vinil Mat, Vinil Şəffaf almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 16 dekabr 2022-ci il tarixli müqaviləsinə İmei kodu **********60322 Huawei Nova Y70 markalı telefon,Vinil Mat,Vinil Şəffaf üçün 514 (beş yüz on dörd) manat, 95 (doxsan beş) qəpik ödənilməmiş hissə, 51 (əlli bir) manat, 05 (beş) qəpik cərimə; 16 dekabr 2022ci il tarixli müqaviləsinə İmei kodu **********65612 Samsung Galaxy A04S,Vinil Mat, Vinil Şəffaf üçün 356 (üç yüz əlli altı) manat, 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, 35 (otuz beş) manat, 08 (səkkiz) qəpik cərimə, ümumilikdə 958 (doqquz yüz əlli səkkiz) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 16 dekabr 2022-ci il tarixli, 02091477 nömrəli və 16 dekabr 2022-ci il tarixli, 10742832 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 16 dekabr 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 51 (əlli bir) manat, 05 (beş) məbləğindəki dəbbə pulu azaldılaraq 3 (üç) manat həddində, 16 dekabr 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 35 (otuz beş) manat, 08 (səkkiz) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 2 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 16 dekabr 2022-ci il tarixli müqaviləsinə əsasən 514 (beş yüz on dörd) manat, 95 (doxsan beş) qəpik ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 03 fevral 2021-ci il tarixli müqaviləsinə əsasən 356 (üç yüz əlli altı) manat, 92 (doxsan iki) qəpik ödənilməmiş hissə, 2 (iki) manat cərimə, ümumilikdə 876 (səkkiz yüz yetmiş altı) manat 87 (səksən yeddi) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar