Məhkəmə qərarları › İş №e-2(018)-330/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-330/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-330/2024 29.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Süleymanlı.R.X iddia verərək:

1. 05 fevral 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********31343 Samsung Galaxy A32 markalı mobil telefon üçün 136 (bir yüz otuz altı) manat, 04 (dörd) qəpik ödənilməmiş hissə, 13 (on üç) manat, 96 (doxsan altı)qəpik cərimə;

2. 18 may 2022-ci il tarixli müqaviləsinə əsasən Huawei Freebuds qulaqlıq, Aiwa qulaqlıq üçün 109 (bir yüz doqquz) manat, 50 (əlli) qəpik ödənilməmiş hissə, 10 (on) manat, 50 (əlli) qəpik cərimə, ümumilikdə 270 (iki yüz yetmiş) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 05 fevral 2022-ci il tarixli və 18 may 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********31343 Samsung Galaxy A32 markalı telefon, Huawei Freebuds qulaqlıq, Aiwa qulaqlıq almış və nəticədə 270 (iki yüz yetmiş) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05 fevral 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 780 (yeddi yüz səksən) manat, 64 (altmış dörd) qəpik, İmei kodu **********31343 Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə 150 (bir yüz əlli) manat olmaqla, ondan 136 (bir yüz otuz altı) manat, 04 (dörd) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 13 (on üç) manat, 96 (doxsan altı)qəpik cərimə; 18 may 2022-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 392 (üç yüz doxsan iki) manat, 80 (səksən) qəpik, Huawei Freebuds qulaqlıq, Aiwa qulaqlıq üçün ümumilikdə 120 (bir yüz iyirmi) manat olmaqla, ondan 109 (bir yüz doqquz) manat, 50 (əlli) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 10 (on) manat, 50 (əlli) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 927 (doqquz yüz iyirmi yeddi) manat, 90 (doxsan) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 05 fevral 2022-ci il tarixli, 159654 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********31343 Samsung Galaxy A32 markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 18 may 2022-ci il tarixli, 03641843 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən Huawei Freebuds qulaqlıq, Aiwa qulaqlıq almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 05 fevral 2022-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə İmei kodu **********31343 Samsung Galaxy A32 markalı telefon üçün ödənilməmiş 136 (bir yüz otuz altı) manat, 04 (dörd) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 13 (on üç) manat, 96 (doxsan altı) qəpik cərimə; 18 may 2022-ci il tarixli müqaviləsinə əsasən Huawei Freebuds qulaqlıq, Aiwa qulaqlıq üçün 109 (bir yüz doqquz) manat, 50 (əlli) qəpik ödənilməmiş hissə, 10 (on) manat, 50 (əlli) qəpik cərimə, ümumilikdə 270 (iki yüz yetmiş) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 05 fevral 2022-ci il tarixli, 159654 nömrəli və 18 may 2022-ci il tarixli, 03641843 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 05 fevral 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 13 (on üç) manat, 96 (doxsan altı)qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 3 (üç) manat həddində, 18 may 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 10 (on) manat, 50 (əlli) qəpik məbləğindəki dəbbə pulu silinərək 3 (üç) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 05 fevral 2022-ci il tarixli müqaviləsinə əsasən 136 (bir yüz otuz altı) manat, 04 (dörd) qəpik ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 18 may 2022-ci il tarixli müqaviləsinə əsasən 109 (bir yüz doqquz) manat, 50 (əlli) qəpik ödənilməmiş hissə, 3 (üç) manat cərimə, ümumilikdə 251 (iki yüz əlli bir) manat, 54 (əlli dörd) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar