Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-339/2025 16.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh ümumilikdə 1563,45 (min beş yüz altmış üç manat, qırx beş qəpik) manat və 35,64 (otuz beş manat,altmış dörd qəpik) manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 04025922 saylı kredit müqaviləsinə əsasən Huawei Freebuds SE qulaqlıq , xx.xx.2024-cü il tarixli 04025921 saylı kredit müqaviləsinə əsasən İmei kodu **********07693 saylı Oppo Reno 10 markalı telefon almış və nəticədə 1563,45 (min beş yüz altmış üç manat, qırx beş qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş nəticədə xx.xx.2024-cü il tarixli 04025922 saylı kredit müqaviləsinə əsasən,alqı-satqı qiyməti 99,96 (doxsan doqquz manat,doxsan altı qəpik) manat olan 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat olmaqla, hər ay 8,33 (səkkiz manat,otuz üç qəpik) manat ödəmək şərti ilə Huawei Freebuds SE qulaqlıq üçün ümumilikdə 72,15 (yetmiş iki manat,on beş qəpik) manat olmaqla, ondan 55,50 (əlli beş manat,əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16,65 (on altı manat,altmış beş qəpik) manat cərimə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli 04025921 saylı İmei kodu **********07693 nömrəli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1571,94 (min beş yüz yetmiş bir manat, doxsan manat olan 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat olmaqla, hər ay 87,33 (səksən yeddi manat,otuz üç qəpik) manat ödəmək şərti ilə Oppo Reno 10 markalı telefon üçün ümumilikdə 1491,30 (min dörd yüz doxsan bir manat, otuz qəpik) manat olmaqla, ondan 1129 (min yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, müştəriyə güzəşt olunaraq 338,70 (üç yüz otuz səkkiz manat, yetmiş qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh yuxarıda qeyd olunan məbləğdən 487,40 (dörd yüz səksən yeddi manat,qırx qəpik) manat ödəniş etmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. 1."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 04025922 saylı kredit müqaviləsinə əsasən, alqı-satqı qiyməti 99,96 (doxsan doqquz manat,doxsan altı qəpik) manat olan 12 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat olmaqla, hər ay 8,33 (səkkiz manat,otuz üç qəpik) manat ödəmək şərti ilə Huawei Freebuds SE qulaqlıq, xx.xx.2024-cü il tarixli 04025921 saylı kredit müqaviləsinə əsasən İmei kodu **********07693, alqı-satqı qiyməti 1571,94 (min beş yüz yetmiş bir manat, doxsan manat olan 18 ay müddətinə, ilkin ödəniş 0 (sıfır) manat olmaqla,hər ay 87,33 (səksən yeddi manat,otuz üç qəpik) manat ödəmək şərti ilə Oppo Reno 10 markalı telefon almışdır. 2."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 07 dekabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ümumilikdə 1563,45 (min beş yüz altmış üç manat, qırx beş qəpik) manat borcludur. 3."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktublarının məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar etmişdir.
4. Ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 35,64 (otuz beş manat, altmış dörd qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 35,64 (otuz beş manat,altmış dörd qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 355,35 (üç yüz əlli beş manat, otuz beş qəpik) manat məbləğində cərimə pulu azaldılaraq 20 (iyirmi) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən,öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, ümumilikdə 1228,10 (min iki yüz iyirmi səkkiz manat, on qəpik) manat və 35,64 (otuz beş manat,altmış dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35,64 (otuz beş manat,altmış dörd qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.Cavabdeh 1184,50 (min yüz səksən dörd manat, əlli qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23,60 (iyirmi üç manat, altmış qəpik) manat, müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə borcu, cəmi 1228,10 (min iki yüz iyirmi səkkiz manat,on qəpik) manat və 35,64 (otuz beş manat,altmış dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. 2.İddia qalan hissədə təmin olunmasın. 3.Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Bəxtiyar Məmmədov