Məhkəmə qərarları › İş №e-2(018)-362/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-362/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-362/2024 23.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, X1 ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 avqust 2022-ci ii tarixli, SRFK6489083 saylı nisyə aiqı- satqı müqaviləsinə əsasən 924 manat əsas borc, 03 oktyabr 2022ci il tarixli, SRFK6501063 saylı nisyə alqı-satqı müqaviləsinə.Əsasən 1036 manat əsas borc, 06 noyabr 2022-ci il tarixli, SRFK6501399 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1605 manat ıs borc, 09 noyabr 2022-ci il tarixli, SRFK6501435 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2422 manat əsas borc, 08 cafar 2022-ci il tarixli, SRFK6501751 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2304 manat əsas borc və 103 manat hləğində ödənilmiş dövlət rüsumunun cəmi 8394 məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdehİddiaçı MMC ilə müddəti18 ay olmaqla 29 avqust 2022-ci il tarixli nisyə aiqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1586 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 924 manat əsas borcu qalıb.Bundan başqa, iş üzrə Cavabdehiddiaçı “Soliton LTD" MMC ilə müddəti18 ay olmaqla 03 oktyabr 2022-ci ii tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1332 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1036 manat əsas borcu qalıb.Bundan başqa, iş üzrə Cavabdehİddiaçı MMC ilə müddəti18 ay olmaqla 06 noyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1976 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 1605 manat əsas borcu qalıb.Bundan başqa, iş üzrə Cavabdehİddiaçı MMC ilə müddəti 22 ay olmaqla 09 noyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 3391 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2422 manat əsas borcu qalıb.Bundan başqa, iş üzrə Cavabdehiddiaçı “Soliton LTD" MMC ilə müddəti18 ay olmaqla 09 dekabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2592 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2304 manat əsas borcu qalıb.Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdehndan 29 avqust 2022-ci il tarixli, SRFK6489083 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 924 manat əsas borc, 03 oktyabr 2022ci il tarixli, SRFK6501063saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1036 manat əsas borc, 06 noyabr 2022-ci il tarixli, SRFK6501399saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1605 manat əsas borc, 09 noyabr 2022-ci il tarixli, SRFK6S01435 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2422 manat əsas borc, 09 dekabr 2022-ci il tarixli, SRFK6501751saylı nisyə aiqı-satqı müqaviləsinə əsasən 2304 manat əsas borc və 103 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 8394 msnat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. xx xxxx 1993-cü il təvəllüdlü Cavabdeh 29 avqust 2022-ci ii tarixli, SRFK6489083 saylı nisyə aiqısatqı müqaviləsinə əsasən 924 manat əsas borc, 03 oktyabr 2022-ci il tarixli, SRFK6501063 saylı nisyə alqı-satqı müqaviləsinə.Əsasən 1036 manat əsas borc, 06 noyabr 2022-ci il tarixli, SRFK6501399 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1605 manat ıs borc, 09 noyabr 2022-ci il tarixli, SRFK6501435 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2422 manat əsas borc, 08 cafar 2022-ci il tarixli, SRFK6501751 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2304 manat əsas borc və 103 manat hləğində ödənilmiş dövlət rüsumunun cəmi 8394 məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SRFK6489083 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 924 manat dəyərində məhsul nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SRFK6501063 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 1036 manat dəyərində məhsul nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SRFK6501399 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 1605 manat dəyərində məhsul nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SRFK6501435 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 2422 manat dəyərində məhsul nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli SRFK6501751 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən borcluya 2304 manat dəyərində məhsul nisyə satılmış və məhsul cavabdehə təhvil verilmişdir İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh, cəmi 8394 məbləğdə borcu vardır. İş materiallarında olan son xəbərdarlığ məktubundan görünür ki, Cavabdeh müqavilə üzrə borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəməyə mülki iddia qaldırılacağı xəbərdar edilmişdir. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Astara rayonu, Şahağacı kəndində qeydiyyatdadır. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 741 və 742.1-ci maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinə əsasən əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 103 (yüz üç) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh 29 avqust 2022-ci il tarixli SPFK6489083 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 924 (doqquz yüz iyirmi dörd) manat borc, 03 oktyabr 2022-ci il tarixli SPFK6501063 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1036 (min otuz altı) manat borc, 06 noyabr 2022-ci il tarixli SPFK6501399 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1605 (min altı yüz beş) manat borc, 09 noyabr 2022-ci il tarixli SPFK6501435 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2422 (iki min dörd yüz iyirmi iki) manat borc, 09 dekabr 2022-ci il tarixli SPFK6501751 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2304 (iki min üç yüz dörd) manat borc və dövlət rüsumu üçün ödənilmiş 103 (yüz üç) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 29 avqust 2022-ci il tarixli SPFK6489083 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 924 (doqquz yüz iyirmi dörd) manat borc, 03 oktyabr 2022-ci il tarixli SPFK6501063 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1036 (min otuz altı) manat borc, 06 noyabr 2022-ci il tarixli SPFK6501399 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1605 (min altı yüz beş) manat borc, 09 noyabr 2022-ci il tarixli SPFK6501435 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2422 (iki min dörd yüz iyirmi iki) manat borc, 09 dekabr 2022-ci il tarixli SPFK6501751 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2304 (iki min üç yüz dörd) manat borc və dövlət rüsumu üçün ödənilmiş 103 (yüz üç) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar