Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-363/2024 12.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsi hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «borc tələbinə dair» iddia qaldıraraq xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 299 (iki yüz doxsan doqquz) manat 30 (otuz) qəpik əsas, 44 (qırx dörd) manat 80 (səksən) qəpik cərimə, cəmi 344 (üç yüz qırx dörd) manat 10 (on) qəpik borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı «SAMSUNG» markalı mobil telefon və aksesuarlar üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 51 (əlli bir) manat olmaqla, cəmi 299 (iki yüz doxsan doqquz) manat 30 (otuz) qəpik ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, ümumiyyətlə heç bir ödəniş etməmiş və qalıq qalmış 299 (iki yüz doxsan doqquz) manat 30 (otuz) qəpik borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 448 (dörd yüz qırx səkkiz) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90% iddiaçı tərəfindən güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%, yəni 44 (qırx dörd) manat 80 (səksən) qəpik "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2023-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 299 (iki yüz doxsan doqquz) manat 30 (otuz) qəpik əsas, 44 (qırx dörd) manat 80 (səksən) qəpik cərimə, cəmi 344 (üç yüz qırx dörd) manat 10 (on) qəpik təşkil etmişdir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh aldığı «SAMSUNG» markalı mobil telefon və aksesuarlar üçün 12 ay ödəniş cədvəli üzrə hər ay 51 (əlli bir) manat olmaqla, cəmi 299 (iki yüz doxsan doqquz) manat 30 (otuz) qəpik ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə №1 saylı əlavəsindən görünür ki, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-ə 299 (iki yüz doxsan doqquz) manat 30 (otuz) qəpik əsas borc, 448 (dörd yüz qırx səkkiz) manat hesablanmış cərimə, ümumilikdə 747 (yeddi yüz qırx yeddi) manat 30 (otuz) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən xx.xx.2023-cü il tarixində bağlanmış 12 ay müddətli alqı-satqı müqaviləsinə əsasən 299 (iki yüz doxsan doqquz) manat 30 (otuz) qəpik əsas borc, 44 (qırx dörd) manat 80 (səksən) qəpik hesablanmış cərimə, ümumilikdə 344 (üç yüz qırx dörd) manat 10 (on) qəpik borcunun ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, № ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 299 (iki yüz doxsan doqquz) manat 30 (otuz) qəpik əsas borc, 02 (iki) manat 80 (səksən) qəpik hesablanmış cərimə, ümumilikdə 302 (üç yüz iki) manat 10 (on) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-363/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-363/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver