Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-374/2024 12.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Süleymanlı.R.X iddia verərək:
1. 02 dekabr 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********21049 X1 11 markalı telefon, Vini Mat, Vinil Şəffaf üçün 418 (dörd yüz on səkkiz) manat, 93 (doxsan üç) qəpik ödənilməmiş hissə, 41 (qırx bir) manat, 07 (yeddi) qəpik cərimə;
2. 16 dekabr 2022-ci il tarixli müqaviləsinə əsasən Huawei Freebuds SE qulaqlıq üçün 48 (qırx səkkiz) manat, 74 (yetmiş dörd) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat, 26 (iyirmi altı) qəpik cərimə, ümumilikdə 513 (beş yüz on üç) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 02 dekabr 2022-ci il tarixli və 16 dekabr 2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********21049 X1 11 markalı telefon, Vini Mat, Vinil Şəffaf, Huawei Freebuds SE qulaqlıq almış və nəticədə 513 (beş yüz on üç) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02 dekabr 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 812 (səkkiz yüz on iki) manat, 88 (səksən səkkiz) qəpik, İmei kodu **********21049 X1 11 markalı telefon, Vini Mat, Vinil Şəffaf üçün ümumilikdə 460 (dörd yüz altmış) manat olmaqla, ondan 418 (dörd yüz on səkkiz) manat, 93 (doxsan üç) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 41 (qırx bir) manat, 07 (yeddi) qəpik cərimə; 16 dekabr 2022ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 117 (bir yüz on yeddi) manat, 96 (doxsan altı) qəpik, Huawei Freebuds SE qulaqlıq üçün ümumilikdə 53 (əlli üç) manat olmaqla, ondan 48 (qırx səkkiz) manat, 74 (yetmiş dörd) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 4 (dörd) manat, 26 (iyirmi altı) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 463 (dörd yüz altmış üç) manat, 17 (on yeddi) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 02 dekabr 2022-ci il tarixli, 02112970 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İmei kodu **********21049 X1 11 markalı telefon, Vini Mat, Vinil Şəffaf almışdır. İş materiallarına əlavə olunmuş 16 dekabr 2022-ci il tarixli, 02113044 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən Huawei Freebuds SE qulaqlıq almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 02 dekabr 2022-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə İmei kodu **********21049 X1 11 markalı telefon, Vini Mat, Vinil Şəffaf üçün ödənilməmiş 418 (dörd yüz on səkkiz) manat, 93 (doxsan üç) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 41 (qırx bir) manat, 07 (yeddi) qəpik cərimə; 16 dekabr 2022-ci il tarixli müqaviləsinə əsasən Huawei Freebuds SE qulaqlıq üçün 48 (qırx səkkiz) manat, 74 (yetmiş dörd) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat, 26 (iyirmi altı) qəpik cərimə, ümumilikdə 513 (beş yüz on üç) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 02 dekabr 2022-ci il tarixli, 02112970 nömrəli və 16 dekabr 2022-ci il tarixli, 02113044 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 02 dekabr 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 41 (qırx bir) manat, 07 (yeddi) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 3 (üç) manat həddində, 16 dekabr 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 4 (dörd) manat, 26 (iyirmi altı) qəpik məbləğindəki dəbbə pulu silinərək 0 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 02 dekabr 2022-ci il tarixli müqaviləsinə əsasən 418 (dörd yüz on səkkiz) manat, 93 (doxsan üç) qəpik ödənilməmiş hissə, 3 (üç) manat cərimə, 16 dekabr 2022-ci il tarixli müqaviləsinə əsasən 48 (qırx səkkiz) manat, 74 (yetmiş dörd) qəpik ödənilməmiş hissə, ümumilikdə 470 (dörd yüz yetmiş) manat, 67 (altmış yeddi) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov