Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-378/2024 12.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Baş direktoru Süleymanlı.R.X iddia verərək:
1. 15 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən, LG qulaqlıq üçün 86 (səksən altı) manat, 21 (iyirmi bir) qəpik ödənilməmiş hissə, 8 (səkkiz) manat, 79 (yetmiş doqquz) qəpik cərimə,
2. 05 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********53630 Samsung Galaxy S20 FE markalı telefon üçün 475 (dörd yüz yetmiş beş) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 47 (qırx yeddi) manat, 40 (qırx) qəpik cərimə,
3. 19 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********94471 İphone 11 markalı telefon, Apple 20 W USB-C adapter üçün 700 (yeddi yüz) manat, 67 (almış yeddi) qəpik ödənilməmiş hissə, 70 (yetmiş) manat, 33 (otuz üç) qəpik cərimə ümumillikdə 1389 (bir min üç yüz səksən doqquz) manat borc və 33 (otuz üç) manat, 89 (səksən doqquz) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə 15 dekabr 2021-ci il tarixli, 05 yanvar 2022-ci il tarixli və 19 avqust 2022-ci il tarixli müqavilələrinə əsasən, LG qulaqlıq, Samsung Galaxy S20 FE markalı telefon İmei kodu **********94471 İphone 11 markalı telefon, Apple 20 W USB-C adapter almış və nəticədə 1389 (bir min üç yüz səksən doqquz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 428 (dörd yüz iyirmi səkkiz) manat, 04 (dörd) qəpik olan LG qulaqlıq üçün ümumilikdə 95 (doxsan beş) manat olmaqla, 86 (səksən altı) manat, 21 (iyirmi bir) qəpik ödənilməmiş hissə, 8 (səkkiz) manat, 79 (yetmiş doqquz) qəpik cərimə, 05 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1658 (bir min altı yüz əlli səkkiz) manat, 45 (qırx beş) qəpik olan İmei kodu **********53630 Samsung Galaxy S20 FE markalı telefon üçün ümumilikdə 523 (beş yüz iyirmi üç) manat olmaqla, 475 (dörd yüz yetmiş beş) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 47 (qırx yeddi) manat, 40 (qırx) qəpik cərimə, 19 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1912 (bir min doqquz yüz on iki) manat, 90 (doxsan) qəpik olan İmei kodu **********94471 İphone 11 markalı telefon, Apple 20 W USB-C adapter üçün ümumilikdə 771 (yeddi yüz yetmiş bir) manat olmaqla, 700 (yeddi yüz) manat, 67 (almış yeddi) qəpik ödənilməmiş hissə, 70 (yetmiş) manat, 33 (otuz üç) qəpik cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2736 (iki min yeddi yüz otuz altı) manat, 91 (doxsan bir) qəpik təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 33 (otuz üç) manat, 89 (səksən doqquz) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 15 dekabr 2021-ci il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən LG qulaqlıq almışdır. İş materiallarına əlavə olunmuş 05 yanvar 2022-ci il tarixli, 03561151 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********53630 Samsung Galaxy S20 FE markalı telefon almışdır. İş materiallarına əlavə olunmuş 19 avqust 2022-ci il tarixli, 02702371 nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən İmei kodu **********94471 İphone 11 markalı telefon, Apple 20 W USB-C adapter almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 15 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən, LG qulaqlıq üçün 86 (səksən altı) manat, 21 (iyirmi bir) qəpik ödənilməmiş hissə, 8 (səkkiz) manat, 79 (yetmiş doqquz) qəpik cərimə, 05 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********53630 Samsung Galaxy S20 FE markalı telefon üçün 475 (dörd yüz yetmiş beş) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 47 (qırx yeddi) manat, 40 (qırx) qəpik cərimə,19 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********94471 İphone 11 markalı telefon, Apple 20 W USB-C adapter üçün 700 (yeddi yüz) manat, 67 (almış yeddi) qəpik ödənilməmiş hissə, 70 (yetmiş) manat, 33 (otuz üç) qəpik cərimə, ümumillikdə 1389 (bir min üç yüz səksən doqquz) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 15 dekabr 2021-ci il tarixli, 05 yanvar 2022-ci il tarixli və 19 avqust 2022-ci il tarixli müqavilələri üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 15 dekabr 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 8 (səkkiz) manat, 79 (yetmiş doqquz) qəpik olan cərimə silinərək 0 (sıfır) manat, 05 yanvar 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 47 (qırx yeddi) manat, 40 (qırx) qəpik cərimə azaldılaraq, 4 (dörd) manat həddində, 05 yanvar 2022-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 70 (yetmiş) manat, 33 (otuz üç) qəpik cərimə azaldılaraq, 3 (üç) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 33 (otuz üç) manat, 89 (səksən doqquz) qəpik məbləğindəki dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 15 dekabr 2021-ci il tarixli müqaviləsinə əsasən, LG qulaqlıq üçün 86 (səksən altı) manat, 21 (iyirmi bir) qəpik ödənilməmiş hissə, 05 yanvar 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********53630 Samsung Galaxy S20 FE markalı telefon üçün 475 (dörd yüz yetmiş beş) manat, 60 (altmış) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, 19 avqust 2022-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********94471 İphone 11 markalı telefon, Apple 20 W USB-C adapter üçün 700 (yeddi yüz) manat, 67 (almış yeddi) qəpik ödənilməmiş hissə, 3 (üç) manat cərimə ümumilikdə 1269 (bir min iki yüz altmış doqquz) manat, 48 (qırx səkkiz) qəpik borc və ödənilmiş 33 (otuz üç) manat, 89 (səksən doqquz) qəpik məbləğindəki dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissəsində təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Mübariz Məmmədov