Məhkəmə qərarları › İş №e-2(018)-416/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-416/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-416/2025 13.02.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh ümumilikdə 556 AZN cəmi borc və 30 (otuz) manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli №011559067 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı «SAMSUNG markalı telefon və 4 ədəd aksesuar» məhsula görə 12 ay ödəniş cədvəli üzrə hər ay 61 (altmış bir) manat olmaqla, cəmi 265 (iki yüz altmış beş) manat 70 (yetmiş) qəpik və xx.xx.2024cü il tarixli №011647357 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı «Dishes markalı qazan dəsti və Sern markalı Blender» üçün 18 ay ödəniş cədvəli üzrə hər ay 24 (iyirmi dörd) manat olmaqla cəmi 217 (iki yüz on yeddi) manat 90 (doxsan) qəpik borc yaranmışdır. Ümumillikdə hər iki müqavilə üzrə 483 (dörd yüz səksən üç) manat 60 (altmış) qəpik əsas, 72 (yetmiş iki) manat 40 (qırx) qəpik cərimə, ümumillikdə 556 (beş yüz əlli altı) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli №011559067 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində 35 (otuz beş) manat ödəniş etmiş və 265 (iki yüz altmış beş) manat 70 (yetmiş) qəpik qalıq qalmış, xx.xx.2024-cü il tarixli №011647357 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində 18 (on səkkiz) manat ödəniş etmiş və 217 (iki yüz on yeddi) manat 90 (doxsan) qəpik qalıq qalmış borcu qaytarmamışdır. Nəticədə onun xx.xx.2023-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 265.7 AZN əsas 39.8 AZN cərimə cəmi 305.5 AZN borc, xx.xx.2024-cü il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqımüqaviləsi üzrə 217.9 AZN əsas 32.6 AZN cərimə cəmi 250.5 AZN borc ümumilikdə iki müqavilə üzrə 483.6 AZN əsas, 72.4 AZN cərimə, 556 AZN cəmi borcu yaranmışdır. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. 1."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli №011559067 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı «SAMSUNG markalı telefon və 4 ədəd aksesuar» telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 61 (altmış bir) manat ödəməyi öhdəsinə götürmüşdür. 2."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli №011647357 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı «Honor markalı» telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 24 (iyirmi dörd) manat ödəməyi öhdəsinə götürmüşdür. 3."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ümumilikdə 483.6 AZN əsas, 72.4 AZN cərimə borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan maddi hüquq normasını əsas götürən hesab edirəm ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 72 (yetmiş iki) manat 40 (qırx) qəpik cərimə borcu azaldılaraq 02 (iki) manat 40 (qırx) qəpik həddində, müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 483 (dörd yüz səksən üç) manat 60 (altmış) qəpik əsas borc, 02 (iki) manat 40 (qırx) qəpik cərimə borcu, cəmi 486 (dörd yüz səksən altı) manat pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar