Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-430/2025 06.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə,, İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «ABC-TELEKOM” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********46551 İPHONE 15 PRO MAX markatlıelefon üçün , İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) rüsum, 5066 (beş min altmış altı) manat ödənilməmiş hissə, 1519.8 (bir min beş yüz on doqquz manat , 80 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********89830 SAMSUNG GALAXY A15 markalı telefonüçün , 457.2 (dörd yüz əlli yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) rüsum, 137.16 (yüz otuz yeddi manat, 16 qəpik) manat dəbbə Ümumilikdə 7227.36 manat borc, 92.28 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «ABC-TELEKOM” MMC-nin Problemli Kreditlər Departamentinin X2 məhkəməyə xx.xx.2025-ci il tarixli məktubla müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il saat 11:00 tarixinə təyin edilmiş məhkəmə iclasında «ABC-TELEKOM” MMC-nin nümayəndəsi üzürlü səbəbdən iştirak edə bilməyəcəkdir, məhkəmə iclasının iştirakları olmadan keçirilməsinə etirazları yoxdur və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «ABC-TELEKOM” MMC iddia ərizəsində göstərmişdir ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı2ş2.06.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********46551 İPHONE 15 PRO MAX markaltıelefon, İmei kod **********89830 SAMSUNG GALAXYA15 markalı telefonalmış və nəticədə 7227.36 (yeddi min iki yüz iyirmi yeddi manat, 36 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5364 (beş min üç yüz altmış dörd) manat (18 ay x 298 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********46551 İPHONE 15 PRO MAX markalı telefon üçün ümumilikdə, 6609.4 (altı min altı yüz doqquz manat, 40 qəpik) manat olmaqla ondan, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) rüsum, 5066 (beş min altmış altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 1519.8 (bir min beş yüz on doqquz manat , 80 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 484.02 (dörd yüz səksən dörd manat, 2 qəpik) manat (18 ay x 26.89 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********89830 SAMSUNG GALAXYA15 markalı telefonüçün ümumilikdə, 617.96 (altı yüz on yeddi manat, 96 qəpik) manat olmaqla ondan, 457.2 (dörd yüz əlli yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) rüsum, güzəşt olunaraq 137.16 (yüz otuz yeddi manat, 16 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 324.82 manat təşkil edir. Odur ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********46551 İPHONE 15 PRO MAX markatlıelefon üçün , İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) rüsum, 5066 (beş min altmış altı) manat ödənilməmiş hissə, 1519.8 (bir min beş yüz on doqquz manat , 80 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********89830 SAMSUNG GALAXY A15 markalı telefonüçün , 457.2 (dörd yüz əlli yeddi manat, 20 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) rüsum, 137.16 (yüz otuz yeddi manat, 16 qəpik) manat dəbbə Ümumilikdə 7227.36 manat borc, 92.28 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi Məhkəmə, iddiaçı «ABC-TELEKOM” MMC-nin Problemli Kreditlər Departamentinin X2 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunu nəzərdən keçirərək, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «ABC-TELEKOM” MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 13984748 №-li hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 484.02 (dörd yüz səksən dörd manat, 2 qəpik) manat (18 ay x 26.89 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********89830 SAMSUNG GALAXYA15 markalı mobil telefon Cavabdeh verilmişdir. İş materiallarında olan «ABC-TELEKOM” MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 05077015 №-li hissə-hissə ödəmə şərti ilə nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 5364 (beş min üç yüz altmış dörd) manat (18 ay x 298 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********46551 İPHONE 15 PRO MAX markalı mobil telefon Cavabdeh verilmişdir. xx.xx.2024-cü il tarixli maliyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə «ABC-TELEKOM” MMC-yə 5066 (beş min altmış altı) manat əsas, 23,6 (iyirmi üç manat 6 qəpik) X1 ödənilmiş rüsum, 1519.8 (bir min beş yüz on doqquz manat, 80 qəpik) manat dəbbə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə «ABC-TELEKOM” MMC-yə 457.2 (dörd yüz əlli yeddi manat, 20 qəpik) manat əsas, 23.6 (iyirmi üç manat, 60 qəpik) innovativ lahiyələr üçün rüsum, 137.16 (yüz otuz yeddi manat, 16 qəpik) manat dəbbə, ümumilikdə 7227.36 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** №-li ödəniş qəbzindən görünür ki, iddianı verilməsi üçün Astara Rayon Məhkəməsinə «ABC-TELEKOM” MMC tərəfindən 92.28 (doxsan iki manat iyirmi səkkiz qəpik) dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5066 (beş min altmış altı) manat əsas borc, innovativ Lahiyyələr Mərkəzinə öbənilmiş 23 (iyirmi üç) manat 60 qəpik, 01 (bir) manat 80 qəpik dəbbə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 457 (dörd yüz əlli yeddi) manat əsas borc,innovativ Lahiyyələr Mərkəzinə öbənilmiş 23 (iyirmi üç) manat 60 qəpik, 07 (yeddi) manat 16 qəpik dəbbə və dövlət rüsumu üçün ödənilmiş 92 (doxsan iki) manat 28 qəpik məbləğdə pul vəsaiti «ABC-TELEKOM” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5066 (beş min altmış altı) manat əsas borc, innovativ Lahiyyələr Mərkəzinə öbənilmiş 23 (iyirmi üç) manat 60 qəpik, 01 (bir) manat 80 qəpik dəbbə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 457 (dörd yüz əlli yeddi) manat əsas borc, innovativ Lahiyyələr Mərkəzinə öbənilmiş 23 (iyirmi üç) manat 60 qəpik, 07 (yeddi) manat 16 qəpik dəbbə və dövlət rüsumu üçün ödənilmiş 92 (doxsan iki) manat 28 qəpik məbləğdə pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-430/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-430/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver