Məhkəmə qərarları › İş №e-2(018)-445/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-445/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-445/2024 22.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC-nin Problemli Kreditlər Departamentinin Rəhbəri Süleymanlı.R.X. iddia verərək: xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ KODU **********19283 XİAOMİ REDMİ 9 T MARKALİ TELEFON üçün 434 (dörd yüz otuz dörd) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 43 (qırx üç) manat 50 (əlli) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********181481 SAMSNUG GALAXY A10S MARKALİ TELEFON üçün 30 (otuz) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 03 (üç) manat 80 (səksən) qəpik cərimə; ümumilikdə 512 (beş yüz on iki) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh, "xxxx" MMC İB3.11.2021-Cİ i! və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KC **********19283 XİAOMİ REDMİ 9T markalı telefonİMEİ KOD **********81481 SAMSUNG GALAXY A10S markalı telefçpr 512 (beş yüz on iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-c/ il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 596.5 (be yüz doxsan altı manat əlli qəpik) manat (18 ayx 29.25 manat + 70 manat ilkin ödəniş) İMEİ KOD **********19283 XİAOMİ REE 9T markalı telefon üçün ümumilikdə, 478 (dörd yüz yetmiş səkkiz) manat olmaqla, ondan, 434.5 (dörd yüz otuz dörd manat əl qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43.5 (qırx üç manat əlli qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 346.2 (üç yüz qırx altı manat iyirmi qəpik) manat (12 ay x 26.ı manat + 27 manat ilkin ödəniş) olan İMEİ KOD **********81481 SAMSUNG GALAXY A10S markalı teleföpün ümumilikdə, 34 (otuz dörd) manat olmaqla, ondan, 30.2 (otuz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.8 (üç mana səksən qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 478 manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ KODU **********19283 XİAOMİ REDMİ 9 T MARKALİ TELEFON almışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-ndən İMEİ KOD **********181481 SAMSNUG GALAXY A10S MARKALİ TELEFON almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdehnın xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 434 (dörd yüz otuz dörd) manat 50 (əlli) qəpik əsas, cərimə 43 (qırx üç) manat 50 (əlli) qəpik, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 30 ( otuz) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 03 (üç) manat 80 (səksən) qəpik cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdehnın xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli müqavilələri üzrə borcu yarandığı barədə sonuncuya bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 434 (dörd yüz otuz dörd) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 01 (bir) manat 50 (əlli) qəpik cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 30 ( otuz) manat 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 01 (bir) manat 80 (səksən) qəpik cərimə; ümumilikdə 468 (dörd yüz altmış səkkiz) manat manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar