Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-45/2024 08.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qamışlıq-Astara mənzilinin 171 km pk9-da hərəkətin km göstəricisinin artımı istiqamətinin sol tərəfində Astara rayonu Şahağac kənd sakini Cavabdeh məxsus evin həyətyanı sahəsində dəmir yolu xəttindən 15 metr aralı dəmir yoluna məxsus mühafizə zolağına aid torpaq sahəsində aparılan tikinti işləri Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılsı və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq Azərbaycan Dəmir Yolları" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəkləri və iştirakları olmadan iclasın keçirilməsi və yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (ADY) balansında olan Qamışlıq-Astara manzilinin pk9-da hərəkətin km göstəricisinin artımı istiqamətinin sol tərəfində Astara rayonu Şahağac kənd sakini Cavabdeh uzun illərdir yaşadığı evin həyətyanı sahəsində dəmir yolu xəttindən 15 metr aralı dəmir yoluna məxsus mühafiza zolağına aid torpaq sahəsində mişar daşından yeni tikinti işləri apardığı aşkar edilmişdir. Məsələ ilə bağlı aidiyyəti üzrə İnfrastruktur departamentinin Yol xidmətinin 12 nömrəli Salyan yol sahəsi tərəfindən Şirvan Xett polis bölməsinə müraciət olunmuş, həmin polis orqanı tərəfindən tikinti işlərinin yekunlaşdığı bildirilmişdir. Adıçəkilən yol sahəsinin əməkdaşlarının dəfələrlə xəbərdarlığına baxmayaraq, Cavabdeh tikintiyə icazə verən sənədlərinin olduğunu və tikinti işlərini uzun illərdir yaşadığı evin həyətyanı sahəsində apardığını bildirmişdir. Bununla bağlı, ADY-nin aidiyyəti işçilərinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuş və qanunsuz tikilinin sökülmasi üçün Cavabdeh xəbərdarlıq edilmiş, ona dəmir yolunun muhafizə zonasında tikinti işlərinin aparılmasının qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikili sökülməmişdir. Bu səbəbdən ADY hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 saylı qərarının icrası də əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən təsdiq olunmuş 2007-ci il tarixli sxematik planda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 521 nömrəli Fərmanında verilmiş tapşırığın icrası çərçivəsində “Azərkosmos" ASC-nin hazırladığı aktual qrafik təsvirdə sözügedən ərazi üzrə dəmir yolu xəttinin mühafizə zonasının ölçülərinin 26 metr təşkil etdiyi qeyd olunmuşdur. Qamışlıq-Astara mənzilinin 171 km pk9-da hərəkətin km göstəricisinin artımı istiqamətinin sol tərəfində Astara rayonu Şahağac kənd sakini Cavabdeh məxsus evin həyətyanı sahəsində dəmir yolu xəttindən 15 metr aralı dəmir yoluna məxsus mühafizə zolağına aid torpaq sahəsində aparılan tikinti işləri Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılsı, 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq Azərbaycan Dəmir Yolları" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, belə ki, atası uzun müddət həmin evdə yaşıyıb. Sonradan atası həmin evi ona vermiş. Həmin evə köçəndən sonra ev qəzalı vəziyyətdə olduğu üçün məcbur olub, orada tikinti işləri aparmışdır. Tikinti işləri aparanda iddiaçı tərəfdən ona tikinti işlərinin aparılmaması barədə heç bir xəbərdarlıq edilməyib. Buna görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirdi ki, qeyd edilən iddia ilə bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində vətəndaş qəbulunda olmuşlar. Həmin məsələ ilə bağlı onlara köməklik edilməsini xahiş etmişlər. Belə ki, onlar qeyd edilən tikilini tikdikləri zaman onlara heç bir xəbərdarlıq edilməmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə Cavabdeh və nümayəndəsi X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/3981 saylı rəyindən məlum olur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin Yerquruluşunun təşkili üzrə mühəndisi Qiyas Quliyevin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1312/2024 saylı mütəxəssis rəyinə əsasən mövcud baza məlumatlarına əsasən araşdırma zamanı "xxxx" QSC-nin balansında olan dəmir yolunun Qamışlıq-Astara mənzilinin 171 km pk9-da hərəkətin km göstəricisinin artımı istiqamətinin sol tərəfində Astara rayonu Şahağacı kənd sakini Cavabdeh məxsus evin həyətyanı sahəsinin 0,11 ha hissəsinin və həmin 0,11 ha torpaq sahəsi üzərində inşa edilmiş tikililərin (yarımçıq tikili fərdi yaşayış evinin, sanitar qovşağın və sarayın) dəmir yolunun mühafizə zolağında yerləşməsi müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı sözügedən ərazidə Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən JN-705B (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X4 və ailə üzvlərinin mülkiyyətlərinə 0,12 ha torpaq sahəsinin verilməsi və yuxarıda qeyd edilən dəmir yolunun mühafizə zolağına düşən mübahisəli tikililərin yerləşdiyi 0,11 ha torpaq sahəsinin 0,04 ha hissəsinin həmin JN-705B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. İş materialına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" ASC Cənub RETSİ-nin X6 Enerji Satış şöbəsi üzrə nəzərətçisi mühəndis vəzifəsində işləyir. İş materalına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamə sənədindən görünür ki, Cavabdeh etibarnamədə qeyd edilən hüquqlarını 05 (beş) il müddətinə X3 etibar etmişdir. İşə əlavə edilmiş ********** nömrəli xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında cavabdehin izahatına və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən JN-705B (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X4 və ailə üzvlərinin mülkiyyətlərinə 0,12 ha torpaq sahəsinin verilməsi və yuxarıda qeyd edilən dəmir yolunun mühafizə zolağına düşən mübahisəli tikililərin yerləşdiyi 0,11 ha torpaq sahəsinin 0,04 ha hissəsinin həmin JN-705B nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/3981 saylı rəyi ilə təsdiq edilmişdir. Ona görə də Məhkəmə belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən aşağıdakıları qeyd etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Şərh edilənləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3981 saylı rəyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Qamışlıq-Astara mənzilinin 171-ci pk9-da hərəkətin km göstəricisinin artım istiqamətinin sol tərəfində Astara rayonu Şahağacı kəndində dəmir yolu xəttindən 15 metr aralı dəmir yoluna məxsus mühafizə zolağına aid torpaq sahəsində Cavabdeh tərəfindən aparılan tikinti işləri onun hesabına kənarlaşdırılmalı, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutulub "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hüsabına keçirilməli, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Qamışlıq-Astara mənzilinin 171-ci pk9-da hərəkətin km göstəricisinin artım istiqamətinin sol tərəfində Astara rayonu Şahağacı kəndində dəmir yolu xəttindən 15 metr aralı dəmir yoluna məxsus mühafizə zolağına aid torpaq sahəsində Cavabdeh tərəfindən aparılan tikinti işləri onun hesabına kənarlaşdırılsın. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutulub "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hüsabına keçirilsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE**********002088501 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(018)-45/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-45/2024
08.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver