Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-470/2024 15.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə iddia verərək, Cavabdeh 149 (yüz qırx doqquz) manat əsas borc, 22,35 (iyirmi iki manat,otuz beş qəpik) manat cərimə borcu və 30,40 (otuz manat,qırx qəpik) manat dövlət rüsumunun alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış STK004198 saylı 04 fevral 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən dəyəri 149 manat olan ehtiyyat hissəsini hər ay ödəmək şərtilə 3 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 149 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir.Cavabdeh həmin nisyə alqı-satqı müqaviləsinə uyğun olaraq öz üzərinə məsuliyyət götürmüşdür.Lakin, Cavabdeh 149 (yüz qırx doqquz) manat əsas borc və 22,35 (iyirmi iki manat,otuz beş qəpik) manat cərimə borcu ödəməmişdir.Odur ki,Cavabdeh 149 (yüz qırx doqquz) manat əsas borc və 22,35 (iyirmi iki manat,otuz beş qəpik) manat cərimə və 30,40 (otuz manat,qırx qəpik) manat dövlət rüsumunun alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır.
1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış STK004198 saylı 04 fevral 2023cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 3 ay müddətinə dəyəri 149 manat olan ehtiyyat hissəsi verilmişdir.
2. .İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC ilə Cavabdeh olan 149 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir.
3. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 04 fevral 2023-cü il tarixli STK004198 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 149 (yüz qırx doqquz) manat əsas borc və 22,35 (iyirmi iki manat,otuz beş qəpik) manat cərimə borcu vardır.
4. Ödəniş tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan maddi hüquq normasını əsas götürən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 22,35 manat cərimə borcu azaldılaraq 2 manat həddində müəyyən edilməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qimən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30,40 (otuz manat,qırx qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.Cavabdeh 04 fevral 2023-cü il tarixli STK004198 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 149 (yüz qırx doqquz) manat əsas borc,2 (iki) manat cərimə borcu,cəmi 151 (yüz əlli bir) manat və 30,40 (otuz manat,qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin.
2. İddia qalan hissədə təmin olunmasın. 3.Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov