Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-477/2024 29.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı «borc tələbi barədə» iddia verərək, cavabdehdən iddiaçının xeyrinə 222 (iki yüz iyirmi iki) manat əsas məbləğ üzrə, 14 (on dörd) manat 06 (altı) qəpik cərimə, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, və poçt qəbzi üçün ödənilmiş 08 (səkkiz) manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 2214 № nisiyə alqı-satqı haqqında müqaviləsininə əsasən cavabdehin iddiaçıya 222 (iki yüz iyirmi iki) manat əsas məbləğ üzrə, 14 (on dörd) manat 06 (altı) qəpik cərimə məbləği üzrə, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, və poçt qəbzi üçün ödənilmiş 08 (səkkiz) manat məbləğin, ümumilikdə 274 (iki yüz yetmiş dörd) manat 06 (altı) qəpik məbləğində borcu vardır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 2214 № nisiyə alqı-satqı haqqında müqaviləsindən görünür ki, Cavabdeh 888 (səkiz yüz səksən səkkiz) manat məbləğində nisiyə mal verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh 2214 № nisiyə alqı-satqı haqqında müqaviləsi üzrə 222 (iki yüz iyirmi iki) manat əsas məbləğ üzrə, 14 (on dörd) manat 06 (altı) qəpik cərimə, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, və poçt qəbzi üçün ödənilmiş 08 (səkkiz) manat borcu vardır. İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2214 № nisiyə alqı-satqı haqqında müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 2214 № nisiyə alqı-satqı haqqında müqaviləsi üzrə 222 (iki yüz iyirmi iki) manat əsas məbləğ, 01 (bir) manat 06 (altı) qəpik cərimə, dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, və poçt qəbzi üçün ödənilmiş 08 (səkkiz) manat, cəmi 261 (iki yüz altmış bir) manat 06 (altı) qəpik pul vəsaiti alınıb İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-477/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-477/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver