Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-565/2024 06.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «Pul tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin hüquqşunası Nümayəndə Cavabdeh qarşı «Pul tələbinə dair» iddia verərək, xx xxxxx 1979-cu ildə doğulmuş Cavabdeh 16 oktyabr 2018-ci il tarixli, 28K4665295 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 130 (yüz otuz) manat məbləğində əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 260 (iki yüz altmış) manat məbləğində pul vəsaitin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 12 ay olmaqla 16 oktyabr 2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 395 (üç yüz doxsan beş) manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 130 (yüz otuz) manat borcu qalıb. Qeyd edilən kredit müqaviləsinə əsasən borclu (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 1638 (bir min altı yüz otuz səkkiz) manat faiz borcu yaranmışdır (360 manat x 1230 gün x 1%=1638 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 100 (yüz) manat məbləğində tələb edir. Cavabdeh 16 oktyabr 2018-ci il tarixli, 28K4665295 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 130 (yüz otuz) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 260 (iki yüz altmış) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 16 oktyabr 2018-ci il tarixli, 28K4665295 nömrəli borc müqaviləsindən görünür ki, Cavabdeh dəyəri 395 (üç yüz doxsan beş) manat olan məişət avadanlığı 35 (otuz beş) manat ilkin ödəniş etməklə, qalan 360 (üç yüz altmış) manat məbləği 12 ay müddətinə aylıq 30 manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 15 aprel 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 28K4665295 nömrəli müqaviləsi üzrə ödənilməmiş 130 (yüz otuz) manat ödənilməmiş hissə borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqavilələrə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16 oktyabr 2018-ci il tarixli, 28K4665295 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 130 (yüz otuz) manat əsas borc, müqavilə üzrə hesablanmış 100 (yüz) manat faiz borcu, cəmi 260 (iki yüz altmış) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-565/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-565/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver