Məhkəmə qərarları › İş №e-2(018)-569/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-569/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-569/2024 16.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsi hakimi X2, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d İ m: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********57641 SAMSUNG GALAXY S21FE markalı telefon, SAMSUNG CHARGERüçün 722.73 (yeddi yüz iyirmi iki manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 72.27 (yetmiş iki manat iyirmi yeddi qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən SOYUDUCU HOFFMANNüçün 244.92 (iki yüz qırx dörd manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 24.08 (iyirmi dörd manat səkkiz qəpik) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən QAZAN DƏSTİ MORELLüİçün 160.52 (yüz altmış manat əlli iki qəpik) manat ödənilməmiş hissə, 16.48 (on altı manat qırx səkkiz qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən JBL qulaqlıqüçün 157.9 (yüz əlli yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 15.1 (on beş manat on qəpik) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********08696 OPPO A77S markalı telefon, İmei kod **********63756OPPO A17K markalı telefon üçün 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə Ümumilikdə 1595 manat borc, 35.95 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC il2ə0.02.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********57641 SAMSUNG GALAXY S21FE markalı telefon, SAMSUNG CHARGER, SOYUDUCU HOFFMANN, QAZAN DƏSTİ MORELLİ, JBL qulaqlıq, İmei kod **********08696 OPPO A77S markalı telefon, İmei kod **********63756OPPO A17K markalı telefon almış və nəticədə 1595 (min beş yüz doxsan beş) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1859.22 (min səkkiz yüz əlli doqquz manat iyirmi iki qəpik) manat (18 ay x 103.29 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********57641 SAMSUNG GALAXY S21FE markalı telefon, SAMSUNG CHARGEüRçün ümumilikdə 795 (yeddi üyz doxsan beş) manat olmaqla, ondan, 722.73 (yeddi yüz iyirmi iki manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 72.27 (yetmiş iki manat iyirmi yeddi qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 359.92 (üç yüz əlli doqquz manat doxsan iki qəpik) manat (18 ay x 14.44 manat + 100 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANNüçün ümumilikdə 269 (iki yüz altmış doqquz) manat olmaqla, ondan, 244.92 (iki yüz qırx dörd manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.08 (iyirmi dörd manat səkkiz qəpik) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 192.96 (yüz doxsan iki manat doxsan altı qəpik) manat (18 ay x 10.72 manat + 0 manat ilkin ödəniş) olan QAZAN DƏSTİ MORELLüİçün ümumilikdə 177 (yüz yetmiş yeddi) manat olmaqla, ondan, 160.52 (yüz altmış manat əlli iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16.48 (on altı manat qırx səkkiz qəpik) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 203.04 (iki yüz üç manat dörd qəpik) manat (18 ay x 11.28 manat + 0 manat ilkin ödəniş) olan JBL qulaqlıqüçün ümumilikdə 173 (yüz yetmiş üç) manat olmaqla, ondan, 157.9 (yüz əlli yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.1 (on beş manat on qəpik) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1176.96 (min yüz yetmiş altı mant doxsan altı qəpik) manat (12 ay x 98.08 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********08696 OPPO A77S markalı telefon, İmei kod **********63756 OPPO A17K markalı telefonüçün ümumilikdə 181 (yüz səksən bir) manat olmaqla, ondan, 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-ci il tarixində İmei kod **********08696 OPPO A77S markalı telefondan imtina etmiş və məhsul 780.96 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 231 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 780.96 manat, digər 4 müqavilə üzrə cəmi ödədiyi məbləğ 1329.07 manat təşkil edir. Odur ki, Ümumilikdə 1595 manat borc, 35.95 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********57641 SAMSUNG GALAXY S21FE markalı telefon, SAMSUNG CHARGER, SOYUDUCU HOFFMANN, QAZAN DƏSTİ MORELLİ, JBL qulaqlıq, İmei kod **********08696 OPPO A77S markalı telefon, İmei kod **********63756OPPO A17K markalı telefonu almışdır. xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdehnın xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********57641 SAMSUNG GALAXY S21FE markalı telefon, SAMSUNG CHARGER, SOYUDUCU HOFFMANN, QAZAN DƏSTİ MORELLİ, JBL qulaqlıq, İmei kod **********08696 OPPO A77S markalı telefon, İmei kod **********63756OPPO A17K markalı telefonuna görə ümumilikdə 1595 manat məbləğində borcu yaranmışdır; İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlığdan görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-yə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 29.03 .2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 35 (otuz beş ) manat, 95 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, Rzayev X1 şəhəri, Ruhulla Axundov küçəsində 6-da qeydiyyatdadır. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyanın dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya 186 (yüz səksən altı) manat ödəniməmiş hissə, 18 (on səkkiz) manat cərimə; ümumilikdə 204 İkiki yüz dörd) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: Kiçik mübahisələrə dair iddia ərizəsi qismən təmin olunsun. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********57641 SAMSUNG GALAXY S21FE markalı telefon, SAMSUNG CHARGERüçün 722.73 (yeddi yüz iyirmi iki manat yetmiş üç qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən SOYUDUCU HOFFMANNüçün 244.92 (iki yüz qırx dörd manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 1 (bir ) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən QAZAN DƏSTİ MORELLüİçün 160.52 (yüz altmış manat əlli iki qəpik) manat ödənilməmiş hissə,1 (bir ) manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən JBL qulaqlıqüçün 157.9 (yüz əlli yeddi manat doxsan qəpik) manat ödənilməmiş hissə, 1 (bir) manat cərimə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********08696 OPPO A77S markalı telefon, İmei kod **********63756OPPO A17K markalı telefon üçün 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, 1 (bir ) manat cərimə, ümumi,likdə 1460 (min dörd yüz altmış) manat, 07 qəpik məbləğdə borc və dövlət rüsumu üçün ödənilmiş 35 (otuz beş) manat, 95 qəpik məbləğdə pul vəsaiti alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar