Məhkəmə qərarları › İş №e-2(018)-576/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-576/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-576/2024 17.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X12, iddiaçı "xxxx" Şirkəti ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İddiaçı "xxxx" Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh900 (doqquz yüz) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqının, cəmi 930,40 (doqquz yüz otuz manat 40 qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya İddiaçı) ilə 16 sentyabr 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Vaz 21061” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2023-cü il tarixdə Astara rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21213” markalı ** BO *** dövlət qeydiyyatlı nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Sözügedən yolnəqliyyat hadisəsi nəticəsində “Vaz 21213” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 900 (doqquz yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Vaz 21061” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 332.4-cü maddələri ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli yekun aktında, yol-nəqliyyat hadisəsi nəticəsində “Vaz 21213” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 900 (doqquz yüz) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1855/23 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Vaz 21213” markalı ** BO *** dövlət nişanlı avtonəqliyyat vasitsəinə dəymiş zərərlə bağlı ödənilməli olan 900 (doqquz yüz) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Odur ki, Cavabdeh 900 (doqquz yüz) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqının, cəmi 930,40 (doqquz yüz otuz manat 40 qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş sənədlərinə əlavə edilmiş "xxxx" Şirkəti ASC xx.xx.2023-cü il tarixli sığorta hesablama aktından görünür ki, zərərçəkənə 900 (doqquz yüz ) manat məbləğində sığorta ödənişi hesablanmışdır. İş sənədlərinə əlavə edilmiş "xxxx" Şirkəti ASC xx.xx.2023-cü il tarixli sığorta hesablama aktından görünür ki, zərərçəkənə 900 (doqquz yüz ) manat məbləğində sığorta ödənişi olunmuşdur. İş sənədlərində əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1989-cu il buraxılışlı, “Vaz” 21061, 10XK394 markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. İddia sənədlərinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında protokoldan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Vaz 21061” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 332.4-cü maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərəin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna daia etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə müəyyən edildi ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh məxsus olan Vaz” 21061, 10XK394 markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh sahibliyində olmuşdur. Etibarnamənin müddəti xx.xx.2026-cı il tarixdək qüvvədədir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilərək Cavabdeh900 (doqquz yüz) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, cəmi 930,40 (doqquz yüz otuz manat 40 qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Qət etdim: İddia təmin olunsun. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı, cəmi 930,40 (doqquz yüz otuz) manat 40 qəpik qəpik məbləğdə pul vəsaiti tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov Belə ki, iş sənədlərində olan sığorta müqaviləsinə əsasən cavabdeh X4 məxsus ** CD *** dövlət qeydiyyat nişanlı “VAZ 21214” markalı avtonəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. İş sənədlərində olan ````````“Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə, X7 ** CD *** dövlət qeydiyyat nömrəli VAZ 21214 markalı avtonəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqlarını etibar etmişdir. İş sənədlərində olan ````````xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X2 Orxan Canhəsən oğluna ** CD *** dövlət qeydiyyat nömrəli VAZ 21214 markalı avtonəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüquqlarını etibar etmişdir. AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000, Quba şəhəri, Heydər Əliyev pr. Tel: (02333) 5-62-62, Faks: (02333) 5-62- 63 www.gubacourt.gov.az Elektron ünvan İş № 2(027)-312/2021 10 mart 2021-ci il İddiaçı: iddiaçı "xxxx" ASC-nə Ünvan: Bakı şəhəri, Yasamal ray., İnşaatçılar pr. 75C AZ-1065 Cavabdeh: X10 Ünvan: Quba rayonu, İqriq kəndi Cavabdeh: X3 Ünvan: Quba rayonu, Alekseyevka kəndi Quba Rayon Məhkəməsinin 2(027)- 312/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnamə məlumat üçün Sizə göndərilir. Qoşma: Qətnamə 02 vərəqə. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar