Məhkəmə qərarları › İş №e-2(018)-587/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-587/2024

20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-587/2024 20.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsi hakimi X2, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d İ m: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cü il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********60097 SAMSUNG GALAXY A33 MARKALİ TELEFON,SAMSUNG CHARGER üçün 935.86 (doqquz yüz otuz beş manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 93.14 (doxsan üç manat on dörd qəpik) manat cərimə, Ümumilikdə, 1029 manat borc və 30.29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş edir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2022-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********60097 SAMSUNG GALAXY A33 MARKALİ TELEFON,SAMSUNG CHARGER almış və nəticədə 1029 (bir min iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1020.96 (bir min iyirmi manat doxsan altı qəpik) manat (yəni 12 ay x 85.08 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********60097 SAMSUNG GALAXY A33 MARKALİ TELEFON,SAMSUNG CHARGEüRçün ümumilikdə, 1029 (bir min iyirmi doqquz) manat olmaqla ondan 935.86 (doqquz yüz otuz beş manat səksən altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 93.14 (doxsan üç manat on dörd qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 85.1 manat təşkil edir . Odur ki, xx.xx.2022-cü il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********60097 SAMSUNG GALAXY A33 MARKALİ TELEFON,SAMSUNG CHARGER üçün 935.86 (doqquz yüz otuz beş manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 93.14 (doxsan üç manat on dörd qəpik) manat cərimə, Ümumilikdə, 1029 manat borc və 30.29 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul ediməsini xahiş edir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-cü il tarixli müqaviləsinə əsasən Cavabdeh İMEİ KOD **********60097 SAMSUNG GALAXY A33 MARKALİ TELEFON,SAMSUNG CHARGER üçün aylıq 85,08 AZN ödəmək şərti ilə almışdır. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh xx.xx.2022-ci il il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********60097 SAMSUNG GALAXY A33 MARKALİ TELEFON,SAMSUNG CHARGER üçün 1029 (bir min iyirmi doqquz) manat borc yaranmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlığdan görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-yə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat, 29 (iyirmi doqquz) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh Astara rayonu, Seləkəran kəndində qeydiyyatdadır. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyanın dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya 1029 (bir min iyirmi doqquz) manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: Kiçik mübahisələrə dair iddia ərizəsi qismən təmin olunsun. Cavabdeh xx.xx.2022-cü il tarixli müqaviləsinə əsasən İMEİ KOD **********60097 SAMSUNG GALAXY A33 MARKALİ TELEFON,SAMSUNG CHARGEüRçün 935.86 (doqquz yüz otuz beş manat səksən altı qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, ümumilikdə, 940 (doqquz yüz qırx) manat 86 qəpik məbləğdə borc və 30 (otuz) manat .29 qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınıb "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar