Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-634/2025 04.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, hakim köməkçisi Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə Cavabdeh qarşı «pul tələbinə dair» iddia verərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, SKK6230184 saylı və xx.xx.2022-ci il tarixli, SKK6230711 saylı nisyə alqı-satqı müqavilələrinə əsasən 494 (dörd yüz doxsan dörd) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 524 (beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixli, SKK6230184 saylı və xx.xx.2022-ci il tarixli, SKK6230711 saylı müqavilələrinə əsasən İddiaçı MMC-dən dəyəri 1308 (min üç yüz səkkiz) manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin ödəniş etdikdən sonra kreditora 494 (dörd yüz doxsan dörd) manat məbləğində borcu qalmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, SKK6230184 saylı və xx.xx.2022-ci il tarixli, SKK6230711 saylı əsasən 494 (dörd yüz doxsan dörd) manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 524 (beş yüz iyirmi dörd) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, SKK6230184 nömrəli borc müqaviləsindən görünür ki, Cavabdeh dəyəri 769 (yeddi yüz altmış doqquz) manat olan məişət avadanlığı 49 (qırx doqquz) manat ilkin ödəniş etməklə, qalan 720 (yeddi yüz iyirmi) manat məbləği 12 ay müddətinə aylıq 60 (altmış) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, SKK6230711 nömrəli borc müqaviləsindən görünür ki, Cavabdeh dəyəri 539 (beş yüz otuz doqquz) manat olan məişət avadanlığı 35 (otuz beş) manat ilkin ödəniş etməklə, qalan 504 (beş yüz dörd) manat məbləği 12 ay müddətinə aylıq 42 (otuz beş) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli SKK6230184 saylı və xx.xx.2022-ci il tarixli SKK6230711 saylı müqavilələr üzrə ödənilməmiş 494 (dörd yüz doxsan dörd) manat məbləğində borcun ödənilməsi tələb edilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli SKK6230184 saylı və xx.xx.2022-ci il tarixli SKK6230711 saylı borc müqavilələri üzrə ödənilməmiş 494 (dörd yüz doxsan dörd) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqavilələrə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, SKK6230184 saylı və xx.xx.2022-ci il tarixli, SKK6230711 saylı borc müqavilələrinə əsasən 494 (dörd yüz doxsan dörd) manat əsas borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 524 (beş yüz iyirmi dörd) manat borc alınıb İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-634/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-634/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver