Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-636/2025 21.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən,Astara Rayon Məhkəməsinin hakimi X2, İddiaçı cavabdeh X1 qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC iddia verərək Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə “Zilan ətçəkən, Zilan Toster” üçün 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə borcu, 30 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 580 (beş yüz səksən) manat pul məbləğinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə 'Cavabdeh arasında 'xx.xx.2023 ci il tarixində 'STN03-6294 saylıalqı-satqımüqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından 480 manat dəyərində “ 'Zilan ətçəkən ,Zilan Toster,” almışdır. Müqavilə ilkin ödənişsiz ,12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 324 azn ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, har ay 40 azn ödəniş etməli idi. 'Cavabdeh ödəniş tarixçəsi belədir: 1) 2) 3) 4) Cavabdeh cəmi 0 azn ödəniş etmişir. Qalıq borcu –480 azn təşkil edir. Qalıq 480 azn olaraq qalır. Gecikdirmə ilə əlaqədar 09.10 .2024 -ci il tarixinə qədər yaranan dəbbə borcu isə 70 azn təşkil edir. 'STN03-6294 № alqı-satqı müqavilə üzrə 480 azn əsas borc,70 azn dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 30 manat dövlət rüsumu ilə birlikdə İddiaçı MMC-yə cavabdeh tərəfindən580 (beş yüz səksən manat ) azn ödənilməlidir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, STN03-6294 nömrəli müqavilədən və həmin müqaviləyə əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-ndən 480 (dörd yüz səksən) manat olan “Zilan ətçəkən, Zilan Toster” markalı əşyanı 12 ay ödəniş etmək şərti ilə kreditə almışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İddiaçı MMC-yə ödənilməmiş 480 (dörd yüz səksən) manat əsas, 70 (yetmiş) manat cərimə borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktublarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 70 (yetmiş) manat məbləğindəki dəbbə pulu azaldılaraq 02 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə müvafiq olaraq işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu və dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyi üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 30 (otuz) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-636/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-636/2025
21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver