Məhkəmə qərarları › İş №e-2(018)-727/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-727/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-727/2024 24.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh ümumilikdə 3671 (üç min altı yüz yetmiş bir) manat məbləğ- bundan 3337 (üç min üç yüz otuz yeddi) manat 2 (iki) qəpik ödənilməmiş hissə, 333 (üç yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpik müştəriyə güzəşt olunan məbləğ və 56 (əlli altı manat) 71 (yetmiş bir) qəpik dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh «APPLE MACBOOK AİR 15 markalı macbook» almış və nəticədə 3671 (üç min altı yüz yetmiş bir) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3787 (üç min üç yüz səksən yeddi) manat 2 (iki) qəpik olan 18 ay müddətinə, ilkin ödəniş 450 (dörd yüz əlli) manat olmaqla, hər ay 189 (yüz səksən doqquz) manat 39 (otuz doqquz) qəpik ödəmək şərti ilə «APPLE MACBOOK AİR 15 markalı macbook» üçün ümumilikdə 3671 (üç min altı yüz yetmiş bir) manat olmaqla, bundan 3337 (üç min üç yüz otuz yeddi) manat 2 (iki) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 333 (üç yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpik cərimə borcu yaranmışdır. Cavabdeh yuxarıda qeyd olunan məbləğdən ilkin ödəniş istisna olmaqla heç bir ödəniş etməmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 18 ay müddətinə, hər ay 189 (yüz səksən doqquz) manat 39 (otuz doqquz) qəpik ödəmək şərti ilə «APPLE MACBOOK AİR 15 markalı macbook» almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən ümumilikdə ödənilməmiş məbləğ 3671 (üç min altı yüz yetmiş bir) manatdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktublarının məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 56 (əlli altı manat) 71 (yetmiş bir) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tamamilə və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 333 (üç yüz otuz üç) manat 98 (doxsan səkkiz) qəpik məbləğində cərimə pulu azaldılaraq 3 (üç) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, ümumilikdə 3340 (üç min üç yüz qırx) manat 2 (iki) qəpik borc tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 56 (əlli altı manat) 71 (yetmiş bir) qəpik dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 3337.02 (üç min üç yüz otuz yeddi) manat, iki qəpik ödənilməmiş hissə, 13 (üç) manat cərimə borcu, ümumilikdə 3350 (üç min üç yüz əlli) manat 2 (iki) qəpik və 56 (əlli altı) manat) 71 qəpik ödənilmiş dövlət rüsumu tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar