Məhkəmə qərarları › İş №e-2(018)-734/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-734/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-734/2025 30.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh ümumilikdə 3510.75 (üç min beş yüz on manat, 75 qəpik) manat borc və 55.11 (əlli beş manat, 11 qəpik) manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən cavabdeh SOYUDUCU HOFFMANN, DONDURUCU GORENJE, İmei kod **********01704 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, İMEİ KOD **********4 1567 XİAOMİ REDMİ 13C MARKALİ TELEFON, 4 ədəd LASSA təkər, QAZAN DƏSTİ SHOSMAN QRANİT, YÜKSƏK TƏZYİQLİ YUYUCU APARAT KARCH, 2 ədəd KENWOOD səsucaldıcı almış və nəticədə 3510.75 (üç min beş yüz on manat, 75 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1453.08 (min dörd yüz əlli üç manat, 8 qəpik) manat 24 ay müddətinə, ilkin ödəniş 15 manat olmaqla, hər ay 59.92 manat ödəmək şərti ilə SOYUDUCU HOFFMANN üçün 1168.35 (bir min yüz altmış səkkiz manat,35 qəpik) manat olmaqla ondan, 778.9 (yeddi yüz yetmiş səkkiz manat, 90 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 389.45 (üç yüz səksən doqquz manat, 45 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1214.88 (bir min iki yüz on dörd manat, 88 qəpik) manat olan 24 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, hər ay 50.62 manat ödəmək şərti ilə DONDURUCU GORENJE üçün 835.2 (səkkiz yüz otuz beş manat 20 qəpik) manat olmaqla ondan 556.8 (beş yüz əlli altı manat, 80 qəpik) manat ödənilməmiş hissə, 278.4 (iki yüz yetmiş səkkiz manat, 40 qəpik) manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 542 (beş yüz qırx iki) manat olan 18 ay müddətinə, 2 manat ilkin ödəniş, hər ay 30 manat ödəmək şərtilə İmei kod **********01704 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 240 (iki yüz qırx) manat olmaqla ondan 160 (yüz altmış) manat ödənilməmiş hissə, 80 (səksən) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 342 (üç yüz qırx iki) manat olan 12 ay müddətinə ilkin ödəniş 0 manat olmaqla, hər ay 28.5 manat ödəmək şərti ilə İMEİ KOD **********4 1567 XİAOMİ REDMİ 13C MARKALİ TELEFON üçün ümumilikdə 85.5 (səksən beş manat, 50 qəpik) manat olmaqla ondan 57 (əlli yeddi) manat ödənilməmiş hissə, 28.5 (iyirmi səkkiz manat, 50 qəpik) manat cərimə borcu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat olan 6 ay müddətinə ilkin ödəniş 0 manat olmaqla, hər ay 64 manat ödəmək şərti ilə 4 ədəd LASSA təkər üçün ümumilikdə, 48 (qırx səkkiz) manat olmaqla ondan 32 (otuz iki) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə borcu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1263.6 (bir min iki yüz altmış üç manat, 60 qəpik) manat olan 24 ay müddətinə,hər ay 52.65 manat ödəmək şərti ilə QAZAN DƏSTİ SHOSMAN QRANİT, YÜKSƏK TƏZYİQLİ YUYUCU APARAT KARCHER üçün 789.75 (yeddi yüz səksən doqquz manat, 75 qəpik ) manat olmaqla ondan 526.5 (beş yüz iyirmi altı manat, 50 qəpik) manat ödənilməmiş hissə, 263.25 (iki yüz altmış üç manat, 25 qəpik) manat cərimə borcu; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 687.9 (altı yüz səksən yeddi manat, 90 qəpik) manat olmaqla 15 ay müddətinə ilkin ödəniş 0 manat olmaqla hər ay 45.86 manat ödəmək şərti ilə 2 ədəd KENWOOD səsucaldıcı üçün 343.95 (üç yüz qırx üç manat, 95 qəpik) manat olmaqla ondan 229.3 (iki yüz iyirmi doqquz manat, 30 qəpik) manat ödənilməmiş hissə, 114.65 (yüz on dörd manat, 65 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh cəmi 3546.96 manat ödəniş etmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 1453.08 ( min dörd yüz əlli üç manat, 8 qəpik) manat olan 24 ay müddətinə, ilkin ödəniş 15 manat olmaqla, hər ay 59.92 manat ödəmək şərti ilə SOYUDUCU HOFFMANN almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 1214.88 (bir min iki yüz on dörd manat, 88 qəpik) manat olmaqla 24 ay müddətinə,ilkin ödəniş 0 manat olmaqla, hər ay 50.62 manat ödəmək şərti ilə DONDURUCU GORENJE almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 542 (beş yüz qırx iki) manat olmaqla, 18 ay müddətinə,ilkin ödəniş 2 olmaqla,hər ay 30 manat ödəmək şərti ilə İmei kod **********01704 XİAOMİ REDMİ NOTE 12 markalı telefon almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 342 (üç yüz qırx iki) manat olmaqla 12 ay müddətinə ilkin ödəniş 0 manat olmaqla,hər ay 28.5 manat ödəmək şərti ilə İMEİ KOD **********4 1567 XİAOMİ REDMİ 13C MARKALİ TELEFON almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 384 (üç yüz səksən dörd) manat olmaqla 6 ay müddətinə ilkin ödəniş 0 manat olmaqla, hər ay 64 manat ödəmək şərti ilə 4 ədəd LASSA təkər almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1263.6 (bir min iki yüz altmış üç manat, 60 qəpik) manat olmaqla 24 ay müddətinə,hər ay 52.65 manat ödəmək şərti ilə QAZAN DƏSTİ SHOSMAN QRANİT, YÜKSƏK TƏZYİQLİ YUYUCU APARAT KARCHER almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 687.9 (altı yüz səksən yeddi manat, 90 qəpik) manat olmaqla 15 ay müddətinə ilkin ödəniş 0 manat olmaqla hər ay 45.86 manat ödəmək şərti ilə 2 ədəd KENWOOD səsucaldıcı almışdır. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 11 fevral 2025-ci il tarixli maliyyə və arayış cədvəlindən görünür ki, Cavabdeh ümumilikdə 3510.75 (üç min beş yüz on manat, 75 qəpik) manat borcu vardır. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan, Ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 55.11 (əlli beş manat, 11 qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il,xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən SOYUDUCU HOFFMANN, DONDURUCU GORENJE, İmei kod **********01704 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, İMEİ KOD **********4 1567 XİAOMİ REDMİ 13C MARKALİ TELEFON, 4 ədəd LASSA təkər, QAZAN DƏSTİ SHOSMAN QRANİT, YÜKSƏK TƏZYİQLİ YUYUCU APARAT KARCH, 2 ədəd KENWOOD səsucaldıcı almış və nəticədə 3510.75 (üç min beş yüz on manat, 75 qəpik) manat borc yaranmışdır. İş üzrə iddiaçı "xxxx" MMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nisyə alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan mallar almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır.İddianın qismən təmin edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi 389.45 (üç yüz səksən doqquz manat, 45 qəpik) manat, 278.4 (iki yüz yetmiş səkkiz manat, 40 qəpik) manat, 80 (səksən) manat, 28.5 (iyirmi səkkiz manat, 50 qəpik) manat, 16 (on altı) manat, 263.25 (iki yüz altmış üç manat, 25 qəpik) manat və 114.65 (yüz on dörd manat, 65 qəpik) manat məbləğində cərimə borcları silinərək müvafiq olaraq 20 manat, 10 manat, 5 manat, 3 manat, 2 manat, 10 manat və 5 manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 55.11 manat dövlət rüsumundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 38 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 778.9 (yeddi yüz yetmiş səkkiz manat, 90 qəpik) manat ödənilməmiş hissə, 20 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 556.8 (beş yüz əlli altı manat, 80 qəpik) manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 160 (yüz altmış) manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 57 (əlli yeddi) manat ödənilməmiş hissə, 3 manat cərimə borcu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 32 (otuz iki) manat ödənilməmiş hissə, 2 manat cərimə borcu, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən 526.5 (beş yüz iyirmi altı manat, 50 qəpik) manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, 229.3 (iki yüz iyirmi doqquz manat, 30 qəpik) manat ödənilməmiş hissə, 5 manat cərimə borcu olmaqla, ümumilikdə 2395.5 (iki min üç yüz doxsan beş manat, 50 qəpik) manat məbləğində borc və 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar